28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Elfsborq” - “İnter”: matçın baş hakimi avrokuboklarda debüt edəcək

Avroliqanın II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Elfsborq” - “İnter” matçını italiyalı Davide Massa idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, italyan referi 1981-ci ildə anadan olub. Karyerasına 2003-cü ildə “D” seriyasında başlayıb. 2006-cı ildən etibarən C1 və C2 seriyasının oyunlarına təyinat alan Massa, 2010-2012-ci illər aralığında da “B” seriyasının matçlarında görünüb. 2012-ci ildən isə gənc referi “A” seriyasının görüşlərini idarə edir.

34 yaşlı referi 2014-cü ildən FİFA referisi adını daşıyır. “Elfsborq” - “İnter” görüşü Massanın avrokuboklardakı debüt oyunu olacaq. Buna qədər italyan referi beynəlxalq arenada yalnız 2 oyun idarə edib. Hər 2 oyun 19 yaşadək futbolçulardan ibarət milli komandaların seçmə mərhələ matçına təsadüf edib. Massa İspaniya - Danimarka (3:1) və Almaniya - İspaniya (3:1) matçlarını idarə edib.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31