24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Elfsborq”a qarşı oynamayacağam”

“Zədəm hələ də davam edir. Elə indi də ayağımda ağrılar var”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “İnter”in üzvü Elvin Məmmədov deyib.

Ayağından zədə alan təcrübəli futbolçu bu səbəbdən Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Tiraspol”a qarşı baş tutan cavab oyununu kənardan izləmişdi. Həmin vaxt futbolçuların 1 həftə yaşıl meydandan kənarda qalacağı deyilsə də, Elvin II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Elfsborq”a qarşı baş tutacaq matçda da meydana çıxa bilməyəcək: “Elfsborq”la ilk oyunda meydana çıxa bilməyəcəyəm. Bu, dəqiqdir. İsveçə aparılıb-aparılmayacağım hələ bilinmir. Bu gün baş məşqçi Kaxaber Tsaxadadze ilə danışacam. Yəqin ki Bakıda qalaram”.

“Bəs, cavab oyununda meydana çıxa biləcəksən” sualını Məmmədov belə cavablandırıb: “İndidən bu haqda nəsə deyə bilmərəm. Bəlkə də həmin oyuna kimi zədəm bərpa olar. Amma formamı da bərpa etməliyəm. Təkcə zədəylə iş bitmir”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30