26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Bojiç, Çertoqanov, Flavinyo, Taktak və Sialmas 1 oyunluq cəzalandı

 

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXVII turunun “İnter” - “Simurq”  matçının 30-cu dəqiqəsində “Simurq” klubunun 30 №-li futbolçusu Mario Bojiç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXVII turunun “Neftçi” - “Qəbələ”  oyunun 65-ci dəqiqəsində “Qəbələ” klubunun 18 №-li futbolçusu Aleksandr Çertoqanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Matçın 66-cı dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Flavio Aleks Valensio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Sumqayıt”  oyunun 86-cı dəqiqəsində “Sumqayıt” klubunun 6 №-li futbolçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Matçın 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 11 №-li futbolçusu Dmitrios Sialmas əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30