19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AZAL 2 gün sonra Türkiyəyə gedir

Yeni mövsümə hazırlığını davam etdirən AZAL gündə 1 dəfə olmaqla məşqləri davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən baş məşqçi Tərlan Əhmədovun istəyi əsasında yarımsaatlıq yüngül məşqdən sonra ikitərəfli oyun keçirilib. Şərti olaraq “sarılar” və “qırmızılar”ın mübarizəsindən birincilər qalib ayrılıb - 2:1. “Sarılar”da Viktor İbekoyi və Xuan Fransisko, “qırmızılar”da isə Rəşad Abdullayev fərqlənib.

Qeyd edək ki, bu gün keçirilən səhər məşqi ilə AZAL-ın yeni mövsümə hazırlığının birinci mərhələsi başa çatıb. “Təyyarəçilər” iyul ayının 16-da səhər saatlarında Türkiyənin Bolu vilayətinə - hazırlığın ikinci mərhələsinə yola düşəcək. Qardaş ölkədə 13 gün qalacaq komanda 5 yoxlama görüşündə qüvvəsini sınayacaq. Sparrinq-rəqiblərlə bağlı işlər tamamlanmaq üzrədir.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30