19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ” sabah Maltaya yola düşür

“Qarabağ”ın Avstriyada keçdiyi təlim-məşq toplanışını sona yaxınlaşır. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 21-dən Kössen qəsəbəsində hazırlıq keçən Ağdam təmsilçisi adı qeyd olunan ölkədə sonuncu gününü keçirir. Səhəri məşqinə çıxmayan komanda Bakı vaxtıyla 22:00-da axşam çalışmasına çıxacaq.

Sabah səhər məşqindən sonra isə “Qarabağ” Avstriyanı tərk edəcək. Ağdamlılar yerli vaxtla 16:00-da (Bakı vaxtıyla 19:00) Zalsburq-Valletta reysiylə yola çıxacaq. Sabaha komandanın Maltada məşqi nəzərdə tutulmayıb.

“Qarabağ” oyunqabağı son məşqinə “Ta Qali” stadionunda,  bazar ertəsi oyunun keçiriləcəyi vaxtda, 18:30-da (Bakı vaxtıyla 21:30) çıxacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30