29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter” üçün 110 yaşlı rəqib - "Elfsborq"

“İnter” Avroliqanın ikinci təsnifat mərhələsində İsveçin “Elfsborq” klubu ilə üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, “bankirlər”in rəqibi Buros şəhərini təmsil edir. “Elfsborq”un əsası 1904-cü ildə qoyulub. Komandanın ləqəbi “Di Gule”dir (“sarılar”).

Uzun müddət sponsor yoxluğundan əziyyət çəkən “Elfsborq” 90-cı illərin əvvəlində bu problemi yoluna qoya bilib. 2010-cu ildə komanda yeni sponsorla müqavilə imzayıb. Bundan sonra klubun sərmayəsi 33 milyon İsveç kronuna çatıb ki, bu da ölkə futbolu üçün rekord göstəricidir.

“Elfsborq” ev oyunlarını 16894 tamaşaçı tutumuna malik olan “Buros Arena”da keçirir. Klubun prezidenti Bosse Yoahnsson, baş məşqçisi isə Klas İngessondur. “Elfsborq” ev oyunlarında sarı-qara, səfər matçlarında isə qırmızı rəngli formadan istifadə edir.

Komanda tarixi ərzində 6 dəfə (1936, 1939, 1940, 1961, 2006, 2013) İsveç çempionu olub, 3 dəfə (2001, 2003, 2013/14) ölkə kubokunu, 1 dəfə (2007) də ölkə superkubokunu qazanıb.

Avroliqaya da “Elfsborq” məhz ölkə kubokunun qalibi kimi qatılıb. Hazırda davam edən Isveç çempionatında “İnter”in rəqibi 13 turdan sonra dördüncü yerdədir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31