20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Tiraspol”un baş məşqçisi yenə azərbaycanlı jurnalistləri boykot etdi EKSKLÜZİV

“Tiraspol”un baş məşqçisi Vlad Qoyan bu gün “İnter”ə qarşı keçiriləcək oyundan sonra da mətbuat önünə çıxmayacaq. Futbolxeber.az-ın məlumatına görə, moldovalı mütəxəssis oyundan əvvəl olduğu kimi, qarşılaşmadan sonra da danışmaqdan imtina edib.

“Tiraspol” rəsmiləri Qoyanın bu addımının konkret səbəbini açıqlamayıblar. Klubun mətbuat xidmətinin rəhbəri Vadim Kolçev Futbolxeber.az saytına verdiyi açıqlamada bildirib ki, UEFA oyundan əvvəl və ya sonra mətbuat konfransının təşkilini məcburiyyət kimi klubların qarşısında şərt qoymayıb. Məhz bu səbəbdən də Qoyan Bakıda mətbuat önünə çıxmaqdan imtina edib.

Lakin əldə etdiyimiz məlumata görə, səbəb tam başqadır. Belə ki, Moldovada baş tutan oyundan əvvəl “İnter”in məşqçilərindən heç kimin mətbuat önünə çıxmaması Qoyanın xoşuna gəlməyib. Buna görə də 53 yaşlı məşqçi Bakıda mətbuat nümayəndələrinin suallarını cavablandırmaqdan imtina edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30