16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Babək Quliyev: "Toşak nizam-intizam məsələlərinə çox ciddi yanaşır"

 

"Bugünkü gündə təkcə Dimitris Sialmasın deyil, ümumiyyətlə heç bir futbolçunun "Xəzər Lənkəran"dan göndərilməsi gündəmdə deyil". Bu sözləri Fubolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

Ölkə mətbuatında Dimitrios Silmasın qarşıdakı günlərdə "Xəzər Lənkəran"dan göndəriləcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirən Babək bəy bu haqda yalnız Con Toşakın qərar qəbul edəcəyini bildirib: "Komandadan kimin gedib-getməyəcəyinə Toşak qərar verir. O isə bugünkü günə kimi bizə Sialmasla bağlı hər hansı söz deməyib. Sabah nə baş verəcəyini indidən deyə bilmərik. Gördüyünüz kimi, baş məşqçi bir neçə gün əvvəl Alvizin xidmətinə ehtiyac duymadığını bildirdi. Onun nizam-intizamı pozduğunu qeyd edən Toşak Alvizin komandadan getməsini istədi. Əminliklə söyləyirəm ki, Toşak nizam-intizam məsələlərinə çox ciddi yanaşır".

Klub rəsmisi Alvizin konkret hansı səbəbdən göndərilməsi haqda sualımızı belə cavablandırdı: "Hər bir klubun daxili nizam-intizam kodeksi var. Alviz də nizam-intizamı pozduğuna görə klubdan kənarlaşdırıldı. Alvizin konkret hansı hərəkəti etdiyini, nəyə görə göndərilməsinin səbəbini açıqlamağım düzgün çıxmaz. Yalnız onu deyə bilərəm ki, Alviz özü nəyə görə komandadan göndərilməsini çox yaxşı bilir".  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30