28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın Türkiyə klubundan almaq istədiyi futbolçu kimdir?

Türkiyənin Ərzurum şəhərində hazırlıq keçən “Xəzər Lənkəran”ın düşərgəsinə sabah yeni futbolçu qoşulacaq. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu, syerra-leoneli mərkəz yarımmüdafiəçisi Alfred Sankodur.
 
25 yaşlı futbolçunun Türkiyənin I dəstə təmsilçisi “Şanlıurfaspor”la növbəti mövsümün sonunadək müqaviləsi olsa da, klub rəsmisi Maruf Günəş onu satacaqlarını, bu həftə bu məsələnin baş tuta biləcəyini bildirib. “Bucaspor” və “Karşıyaka” da Sankonu heyətində görmək istəsə də, görünür, “Xəzər Lənkəran”ın təklif etdiyi məbləğ daha cəlbedici olub.
 
Syerra-Leonenin paytaxtı Fritaunda doğulan Alfred Sanko karyerasına 2005-ci ildə “İnter”in sabiq futbolçusu Məhəmməd Kallonun sahibi olduğu “Kallon” klubunda başlayıb. Bundan sonra Afrika qitəsində “Qambiya Ports Ousoriti” və “Old Edvardians” klublarının şərəfini qoruyub. 2007-ci ildə Norveçin aşağı dəstə təmsilçisi “Ullern”ə transfer olunub. 2008-2012-ci illərdə isə Norveçin elita klubu “Strömsqodset”də çıxış edib. 2012-ci ilin iyulunda isə “Şanlıurfaspor”la 3 illik müqavilə bağlayıb. O, Türkiyənin I dəstəsində keçirdiyi 57 qarşılaşmada 3 qol vurub.
 
Qeyd edək ki, Alfred Sanko Norveçdə çıxış etdiyi vaxt Syerra-Leone yığmasında 3 oyun keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31