19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Asif Məmmədov: “Özümüz özümüzü çətinə saldıq”

“Oyun istədiyimiz kimi alındı. Lakin sona yaxın 2 qol buraxdıq. Bu, bir qədər yaxşı olmadı. Bəlkə də 3:0-dan sonra bir qədər “boşaldıq”. Özümüz-özümüzü çətinə saldıq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “İnter”in aparıcı üzvü Asif Məmmədov deyib.

Dünən Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Tiraspol”u 3:2 hesabı ilə məğlub etdikləri oyun barədə danışan A.Məmmədov, Moldova təmsilçisinin heç zəif rəqib olmadığını qeyd edib: “Biz 3:0 hesabı ilə önə keçsək də, onlar təslim olmadılar. Oyuna baxanlar da gördü ki, “Tiraspol” futbol oynamağı bacaran komandadır. Yaxşı komandaya qarşı oynadıq”.

“Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsən” sualını isə “İnter”in üzvü belə cavablandırıb: “Bakıda da azarkeşləri maraqlı oyun gözləyəcək. Şanslar bərabərdi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30