25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Kamal Bayramovun "Rəvan" rəhbərliyinə mesajı var: "Nə bilirlər futbol nədir?"

Rəvan”ın sabiq qapıçısı Kamal Bayramov Korner.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Futbol karyeranı başa vurmaq fikrin qətidir, yoxsa fikrini dəyişmək ehtimalı var?
- Bilirsən qardaş, hamının ailəsi var, bunlar mənə elə hirs verirlər ki, mən o hirslə ailəmin içinə girmək istəmirəm. Hər şeydən vacib olan ailəmdir və istəmirəm ki, məni belə vəziyyətdə görsün. Bəli, fikrim qətidir.

- Niyə "Girəsunspor"a keçidin baş tutmadı?
- “Girəsunspor”a keçidimi “Rəvan” uzatdı.  Onlar da indi yeni qapıçı alıblar, qalmışam ortada. İndi mənim üçün fərqi yoxdur, nə sual istəyirsən, ver.

- Axı "Rəvan" da "Girəsunspor"dan elə də böyük məbləğ tələb etmirdi. Nəzərə alanda ki, onlar da sənin üzərində zəhmət çəkiblər, belə də 15.000 dollar elə də fantastik məbləğ deyil.
- Nə əziyyət çəkiblər? Bir ilimə  30 min dollar danışmışdım, 22.150 dollar verdilər, indi “Girəsunspor” onlara 20.000 dollar verməlidi? Bəs mən əziyyət çəkməmişəm?

- “Girəsunspor” da “Rəvan”ın tələb etdiyi məbləği ödəyə bilmədi?
- Bəli, çünki mən onlarla danışanda  dedilər ki, pulu ödəyə bilməyəcəyik. Mənim ora getməkdə məqsədim pul yox, milliyə düşmək idi.

- PTT 1-ci Liqasında çıxış edənlər Berti Foqtsun diqqətini çox da cəlb etmirlər...
- O çıxışından asılıdır, yaxşı çıxış etsən? cəlb edə bilər.

- İnsan istər-istəməz təəssüflənir, sənin futbol istedadının  ardıcıl ikinci dəfə belə şeylərə görə məhv olmasına. Beş illik fasilədən sonra bu mövsüm yetərincə yaxşı çıxış edirdin...
- Bəli, bu mövsüm çox yaxşı hiss edirdim özümü. Amma bu insanlara futbol yox, başqa şeylər daha maraqlıdır. Onları da qınamıram, nə bilirlər futbol nədir, idmançı nə çəkir, hərə öz sahəsində çalışsa, dövlətə daha çox xeyri dəyə bilər.

- İki ay öncə saytımıza açıqlamanda futboldan uzaq qaldığın 5 ilin sənə çox əziyyət verdiyini söyləmişdin. Bəs indi necə olacaq?
- Düzdür, amma məcburam dözməyə. Biz dözümlü xalqıq.

- “Rəvan”a borcun necə olacaq? AFFA-ya şikayət etmək fikrin var?
- Yəqin, pula ehtiyacları var. Yenə lazım olsa, mənə desinlər, borc pul verərəm onlara (gülür).

- Futboldan sonra özünü və ailəni necə dolandırmağı düşünürsən? Bildiyim qədəri ilə ötən il kafe açmışdın.
- Mən ailəmi dolandıraram. Çox şükür Allaha. O, hər şeyi yetirər. Bir yol açar, inşallah.

- Oruc tutursan?
- 3 gündü tutmurdum, çünki gedəcəyim yerdə orucum batil olacaqdı. Amma sabahdan tutacam, inşallah.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30