24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Tiraspol”un hücumçusu: “Bakıda minimum 2 qol vurmalıyıq” (Müsahibə)

“Tiraspol”un hücumçusu Georgi Ovsyannikov Moldova mətbuatına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Oyununuzda nə alınmadı? Nəyə görə yalnız qapınızda 3 qol gördükdən sonra hücum etməyə başladınız?

- İstəmədən belə alındı. Biz qol vura bilməsək də, əks-hücumlarda qapımızda 2 qol gördük. Belə baxanda “İnter”in qol şansı elə də çox olmadı. Lakin onlar bizə 3 qol vurmağa nail oldular.

- Oyunu heç-heçə ilə başa vura bilərdiniz?

- Məncə, hə. Bir qədər də artıq vaxtımız olsaydı, oyunu heç-heçə başa vurardıq.

- Həmin penalti olmasaydı, oyun necə keçərdi?

- Hesab edirəm ki, penalti oyunun qırılma nöqtəsi oldu. Həqiqətən də qapımıza penalti təyin edilməsəydi, oyun fərqli ssenari ilə keçəcəkdi. Səfərdə minimum 2 qol vurmalıyıq. Bu səbəbdən də var gücümüzlə çalışıb, irəli getməyə səy göstərəcəyik. Bu cür oyunu uduzmaq çox məyusedicidir. Çünki qol şanslarımız rəqibdən daha çox idi.

Hazırladı: SAHİB




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30