26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Tiraspol”un baş məşqçisi: “İnter” haqda kifayət qədər məlumatımız var, amma...”

“İnter” yaxşı komandadır. Heyətində yüksəksəviyyəli futbolçular cəmləşib. Onlar çox yaxşı müdafiə olunurlar. Eləcə də topu qəbul etdikdən sonra dərhal hücuma keçərək, çox yaxşı əks-hücum qurmağı bacarırlar. Biz ilk növbədə qol buraxmamalı və hücumdakı şanslarımızdan yararlanmalıyıq”. Futboxleber.az-ın məlumatına görə, bu sözləri “Tiraspol”in baş məşqçisi Vlad Qoyan deyib.

Sabah Avroliqanın oyunu çərçivəsində “İnter”lə üz-üzə gələcək Tiraspol təmsilçisinin çalışdırıcısı bu gün mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis azarkeşlərdən dəstək gözləyir: “Ümid edirəm ki, sabah oyuna toplaşacaq azarkeşlər ilk andan son dəqiqəyə kimi bizi dəstəkləyəcəklər. Onlar da bizə lazımı nəticəni qazanmaqda yardımçı olmalıdırlar. “İnter”in müdafiədən oynayıb-oynamayacağını bilmirəm. Bəli, onlar yaxşı müdafiə olunurlar. Lakin topla da əla rəftar edirlər. Hazırda fiziki durumumuz 100 faiz qaydasında deyil. Amma psixoloji, texniki və taktiki cəhətən tam hazırıq oyuna. İlk dəqiqələrdən hücuma keçsək, sona kimi bunu davam etdirə bilmərik”.

Qoyan hələlik ikinci mərhələ barədə düşünmədiyini bildirib: “İlk növbədə “İnter”ə qarşı keçirəcəyimiz sabahkı oyunu düşünürük. Daha sonra Bakıdakı oyun barədə fikirləşəcəyik. “İnter”in 7-8 oyununa baxmışam. Daha sonra futbolçularıma da necə oynamalı olduqlarını bildirmişəm . İstənilən halda rəqib haqda kifayət qədər məlumatımız var. Amma düşünürəm ki, onlar da bizim barədə lazımı məlaumatları əldə ediblər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30