23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Asif Məmmədov: “Məqsədimiz Avroliqada bacardıqca irəli getməkdir”

“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Avroliqadakı ilk oyuna az vaxt qalıb. Komandada mühüm oyun öncəsi vəziyyət necədir? Hazırlıqlar necə keçir?

- Hər şey yaxşıdır. Komandada bir problem yoxdur. Hazırlıqlarımız da yaxşı keçir. Ciddi şəkildə oyuna hazırlaşırıq.

- Sabahkı oyun öncəsi komandada hər hansı bir problem varmı?

- Yox, heç bir problem yoxdur hələ ki. İnşallah, oyuna qədər də olmaz.

- Avstriyada 3 yoxlama oyunu keçirdiz. Bu qarşılaşmalarda komanda necə təsir bağışladı?

- Hər şey yaxşı keçdi. Həm məşqlər, həm də hazırlıq matçları. Düzdür, səhvlərimiz oldu. Amma bu səhvlərin yoxlama oyunlarında olması yaxşıdır. Əsas odur ki həmin səhvləri Avroliqada təkrarlamayaq.

- Vaqif Cavadovun gedişi “İnter”in oyununa nə dərəcədə təsir göstərə bilər?

- Vaqif komanda üçün xeyrli oyunçu idi. Amma o getməyi istədi. Ona yeni komandasında uğurlar arzu edirəm. Əvəz olunmaz futbolçu yoxdur. Komandada yeni oyunçular var. Yəqin ki Vaqifin yoxluğunu hiss etdirməzlər.

- “İnter” nə qədər çalışsa da, heç cür yay fasiləsində hücumçu tapa bilmədi. Bu məqam “Tiraspol”la oyunlarda əleyhinizə işləyə bilərmi?

- Komandada 2 hücumçu var. Həm də bilirsiz necədi, məşqçilər korpusu nə qədər çalışsa da, yaxşı hücumçu tapa bilmədi. Baxışdan keçənlərdən kimsə yaxşı olsaydı, götürərdilər. Pis legionerdənsə, olmamağı yaxşıdır. Hələ də axtarışlar davam edir. Yəqin ki istənilən səviyyədə hücumçu olsa, komandaya götürərlər.

- Püşkatmada demək olar ki, ən güclü rəqib “İnter”ə düşdü. “Tiraspol” haqda hansı fikirdəsən?

- Həqiqətən də ən çətin rəqib bizə düşdü. Amma püşkdür və artıq nəyisə dəyişmək qeyri-mümkündür. Biz yalnız meydana çıxıb, öz oyunumuzu göstərməliyik.

- İlk oyunun səfərdə keçirilməsini “İnter” üçün üstünlük hesab etmək olar?

- İlk oyunun səfərdə olması az da olsa, yaxşıdır. Amma biz hər iki oyunda yaxşı oynamalıyıq. Mərhələ adlamaq üçün başqa yolumuz da yoxdur.

- Rəhbərlik Avroliqada qarşınıza hansı məqsədi qoyub?

- Məqsədimiz bacardıqca irəli getməkdir.

- “Tiraspol”u keçə bilməsəz, bunu “İnter” üçün fiasko hesab etmək olar?

- Futboldu, hər şey ola bilər. İndidən nəyisə demək çətindir. İnşallah, pis heç nə olmaz. Gəlin, indidən belə fikirləşməyək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30