Ölkə futbolu
Vaqif Sadıqov: “Bizim Kosta-Rikadan nəyimiz əskikdir?”
AZAL-ın sabiq baş məşqçisi Vaqif Sadıqovun müsahibəsi
- Hər şey qaydasındadır. Hazırda özümü normal hiss edirəm. Hələ AZAL-da işləyərkən, möhkəm soyuqlamışdım. Hətta martın əvvəllərində komandanı 2 oyuna güclə çıxarmışdım. AZAL-dan ayrıldıqdan sonra gözləmədiyim bir vaxtda - ad günüm ərəfəsində səhhətimdə problem yarandı. Problem sinirlə bağlı idi, beyin normal qidalanmırdı. Əsəb, soyuqdəymə axırda belə bir vəziyyətə gətirib çıxardı. Uzun müddət müalicə aldım, həkim nəzarətində oldum. Şükür Allaha, artıq hər şey arxada qalıb. Təxminən 10 gün əvvəl Türkiyədə yenidən müayinə olundum və həkimlər hər şeyin qaydasında olduğunu dedilər. Hazırda bağ evimdə dincəlirəm, dünya çempionatını izləyirəm.
- Dünya çempionatı haqqında bir qədər sonra danışarıq, mətbuatda da demək olar ki, görünmürsünüz.
- Heç vaxt mətbuatdan qaçmamışam. Jurnalistlərə böyük hörmətim var. Sadəcə, səhhətimlə əlaqədar tez-tez xaricdə olurdum deyə, bir qədər uzaq düşmüşəm.
- AZAL-dan ayrıldıqdan sonra sizinlə hal-əhval tutanların sayı azalmayıb ki?
- Əsas odur ki, məni istəyən insanlar yanımdadır, əlaqə saxlayırlar, maraqlanırlar.
- İstefa verdikdən sonra AZAL-ın oyunlarını izləyirdiniz?
- AZAL haqqında danışmaq istəmirəm. Çünki, deməli olduğum bütün sözləri orada işləyərkən bildirmişdim. Onlar haqqında nəsə demək mənə yaraşmaz. İndiyə kimi olduğum bütün yerlərdə canla-başla işləmişəm, komandanın uğuru üçün əlimdən gələni əsirgəməmişəm. Mən olduğum müddətdə hər bir komandada peşəkarlıq hökm sürüb. Artıq mənim üçün AZAL səhifəsi bağlanıb.
- Bəs, digər komandaların oyunlarını?
- Bir neçə oyuna baxmaq imkanım olub. Başım özümə qarışdığından futbol arxa plana keçmişdi. Amma çempionat haqqında bəzi fikirləri bildirmək istəyirəm. 4-cü dövrə əvvəlki 3 dövrədən tamamilə fərqlənirdi. Komandalarda bir qədər süstlük, futbolçularda yorğunluq hiss olunurdu. Son turlarda isə çempion və mükafatçılar müəyyənləşdiyindən intriqa qalmamışdı. İndiki formatın müsbət cəhətləri ilə yanaşı, çıtaşmazlıqları da var. Ümumiyyətlə, çempionat vahid formatda keçirilməlidir. Fikirləşib belə bir sistem hazırlamaq lazımdır ki, həm rəqabət, həm də maraq artsın. Bu halda futbolumuz daha da inkişaf edəcək.
- Vaqif Sadıqov hansı sistemi üstün sayır?
- Elə bir sistem olmalıdır ki, Premyer Liqa ilə 1-ci dəstə bir-biri ilə əlaqəli olsun. Fikrimcə, yüksək dəstədə 12 komanda mübarizə aparmalıdır. 8 ən çox xal yığan komanda xallar saxlanmaq şərtilə medallar uğrunda yarışmalıdır. 9-12-ci yerləri tutmuş komandalar isə 1-ci dəstədə ilk 4 komandayla birlikdə Premyer Liqada qalmaq uğrunda 2 dövrədə mübarizə aparmalıdır. Bu halda intriqa sona kimi ölməyəcək. Son birincilikdə 8 komandanın digər 2 komandadan xeyli aralandığının şahidi olduq. Həmin 8 komanda ilə ikidövrəli daha bir yarış keçirilsəydi, çempionat daha baxımlı olardı.
- Vaqif müəllim, bəlkə bu barədə PFL-ə təklif ünvanlayasınız?
- Qəzetiniz vasitəsilə təklifimi verdim. Əgər maraqlanan olsa, müzakirələr aparmağa hazıram. Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin. Bunun üçün hər birimiz əlimizdən gələni etməliyik, proseslərdən kənarda qalmamalıyıq. Son dünya çempionatı göstərir ki, futbol bir yerdə dayanmır, inkişaf edir. Ən maraqlı çempionatın şahidi oluruq. Kim inanardı ki, İtaliya, İspaniya, Portuqaliya kimi yığmalar qrupda qalacaqlar. Deməli, dünya futbolu yüksəlişdədir, tərəqqi edir. Biz də inkişaf etmək istəyiriksə, müasir futbolla ayaqlaşmalıyıq.
- Mundilda hansı yığmanın oyunu daha çox xoşunuza gəlir?
- Meksikanın sərgilədiyi futboldan həzz alıram. Qrup mərhələsində fərqli taktika ilə oynayan 3 komanda ilə qarşılaşdılar. Hər üçündə də müxtəlif taktika ilə fantastik futbol nümayiş etdirdilər. Kameruna qarşı ilk oyunda meydançanın rəqibə aid hissəsində pressinq tətbiq etməklə nəticə qazanmaq istəyirdilər ki, buna da nail oldular. Hesabın minimal olması başabaş mübarizənin getməsindən xəbər vermirdi. Nəzərə alaq ki, ilk hissədə dos Santosun vurduğu 2 qolu hakim səhvən qeydə almadı. Braziliya ilə oyunda pressinqi öz cərimə meydançalarının həndəvərində etdilər və topa sahib olan kimi əks-hücuma keçdilər. Qol vurmasalar da, top da buraxmadılar. Xorvatiya ilə oyunda Meksikanı heç-heçə də qane edirdi və çoxları düşünürdülər ki, onlar nəticəyə oynayacaqlar. Amma meksikalılar fiziki cəhətdən çox güclü idilər. Bunun nəticəsidir ki, son dəqiqələrdə 3 qol vurdular.
- Sizcə, çempion hansı komanda olacaq?
- Braziliya hansı turnirdə çıxış edirsə, favorit hesab olunur. Doğrudur, qrup mərhələsində Braziliya çempionluğa layiq oyun nümayiş etdirmədi. Amma bu komandanın oyununda get-gedə artım hiss olunur. Bir mütəxəssis kimi qeyd edim ki, bu dəfəki çempionatda Braziliya nəticəyə hesablanmış futbol sərgiləyir. İlk dəfədir ki, Braziliyanın 2 dayaq müdafiəçisi ilə oynadağanın şahidi oluram. 2 dayaq müdafiəçisi nəticəyə hesablanmış oyun deməkdir. Bundan başqa Neymar amilini də unutmaq olmaz. Fikrimcə, çempionluğa əsas namizəd Braziliyadır.
- Avropa çempionatının seçmə mərhələsindəki rəqibimiz olan İtaliya və Xorvatiyanın qrupda qalması gözlənilməz oldu.
- Bu oyunla İtaliyanı favorit kimi görmək düzgün olmazdı. Sual oluna bilər - italiyalıların zəif çıxışı yığmamızın xeyrinədirmi? Hələ püşkatmadan sonra bildirmişdim ki, əsl rəqiblərimizi dünya çempionatından sonra görəcəyik. İndiki İtaliya və Xorvatiyada o vaxta kimi dəyişikliklər baş verə bilər. Həqiqətən də belə oldu. İtaliyanın baş məşqçisi Prandelli istefa verdi. Komandaya gətiriləcək yeni baş məşqçi yəqin ki, təzə kollektiv yığacaq. Mundialda çıxış etmiş futbolçuların çoxu payızda millimizə qarşı oynamaya bilər. Pirlo İtaliyanın heyətində mən Azərbaycan yığmasının baş məşqçisi olan vaxt debüt etmişdi - 2002-ci ildə. Görün necə ildir İtaliya kimi ölkədə Pirloya əvəzləyici tapa bilmirlər. Bu gün İtaliyanın adı qalıb. Əvvəlki futbolu sərgiləmir. Eyni fikirləri xorvatlar haqqında da deyə bilərəm. Məncə, yığmamız hər bir milliyə, o cümədən onlara qarşı mübarizə aparmaq gücündədir. Müasir futbolda zəif, güclü rəqib anlayışı artıq olmamalıdır. Fikir verin, heç kimin saymadığı Kosta-Rika “ölüm qrupu”nda 1-ci yeri tutdu. Uruqvay, İtaliya kimi komandalara qalib gəldi, İngiltərə ilə heç-heçə oynadı. Özü də qapısından cəmi 1 qol buraxdı. O da penaltidən. Kosta-Rikanın heyətində ulduz futbolçu yoxdur. Amma kollektiv futbol oynadılar, fiziki güc sayəsində uğur qazandılar. Bizim Kosta-Rikadan nəyimiz əskikdir?
- Bu mundialda özünüz üçün hansısa qeydlər götürmüsünüz?
- Müasir futbolda əksər komandalar 1 mərkəz hücumçusu ilə oynayırlar. 20 il əvvəl bu modeldən istifadə edəndə məni komandanı müdafiə futbolu oynatmaqda ittiham edirdilər. Hər bir modeli, məşqçi tapşırıqlarını həyata keçirən futbolçulardır. Əgər futbolçunun səviyyəsi yüksək deyilsə, model elə model olaraq qalacaq. Bununla nə demək istyirəm? Müasir futbol çox sürətlidir, fiziki güc çox şeyi həll edir. Sovet dövründə bizə öyrədirdilər ki, 1-2 ötürmə ilə müdafiədən hücuma keçmək lazımdır. 4 il əvvəl keçirilən dünya çempionatını yada salaq. İspaniya yığması bizim bildiklərimizi alt-üst etdi. Tamamilə fərqli futbol nümayiş etdirməklə, topa nəzarəti saxlamaqla nəticə qazanırdılar. Amma bu çempionat göstərdi ki, ispanların oynadığı futbol artıq keçərli deyil. Təbii ki, bəzi məqamlar diqqətimdən yayınmır. Məsələn, texnikalı futbolçulara sərbəst oynamağa imkan vermirlər. Mən özüm texnikalı futbolçu olmuşam. Rəqibdən nə istəyirdim? İmkan versin sərbəst futbol oynayım. Bu halda meydanı daha yaxşı görürdüm, istədiyim ötürmələri edirdim. Rəqib mənə yaxın oynayanda isə istədiyimin yarısına nail olurdum. Oyunları izləyəndə görürsən ki, texnikalı futbolçulara pressinq tətbiq edilərək sərbəstlik verilmir. Mən həmişə öz futbolçularıma pressiq etməyi tapşırırdım. Bunun üçün isə gərək futboçunun fiziki hazırlığı yüksək səviyyədə olsun. Ümumiyyətlə, futbol 3 sütunun üzərində dayanıb - fiziki hazırlıq, texniki hazırlıq və taktika. Əgər, ilk ikisi istənilən kimi olmasa, futbolçu məşqçinin verdiyi taktiki tapşırıqları yerinə yetirə bilməyəcək. Əgər futbolçu 90 dəqiqə qaça bilmirsə, topla davranışı aşağı səviyyədədirsə, məşqçi ona nə kimi tapşırıq verə bilər? Uzağı deyəcək ki, arxada dayan və topu haraya gəldi vur. Bununla nəticə əldə etmək mümkün deyil.
- Dünya çempionatında bir neçə komanda sizin məşhur “künc zərbəsi” gedişinizdən istifadə etdi. Hansı hissləri keçirdiniz?
- Oxşatmaq istədilər. Amma bizim uşaqlar kimi “yarada” bilmədilər. Bunu bir dəfə Belçika, bir dəfə isə hansısa Afrika komandasının ifasında gördüm. Əlbəttə, fəxarət hissi keçirdim. Hətta aparıcılar bunu “Vaqif Sadıqovsayağı” yox, “Azərbaycansayağı” kimi qələmə verdilər. Olsun! Əsas odur ki, Azərbaycanın adı belə mötəbər turnirlərlə bağlı hallanır. Bu onu göstərir ki, Azərbaycanda futbolçular var, futbolu bilən mütəxəssislər var. Yadıma düşmüşkən, maraqlı bir faktı da qeyd edim. AZAL-dan istefa verdikdən sonra bizim çempionatla yanaşı, Rusiya birinciliyinin bəzi oyunlarını, əsasən də “Zenit”in matçlarını izləyirdim. Rus şərhçilərdən biri qeyd etdi ki, Villas-Boaş “Zenit”ə baş məşqçi təyin olunandan sonra yenilik gətirib. Yenilik isə ondan ibarət idi ki, komandanın məşqlərində videoçəkiliş apartdıraraq sonradan analiz edir. Özündən demək olmasın, mən bunu AZAL-da olduğun 2 il ərzində etmişdim. Hər bir məşqdən sonra həmin videogörüntüləri əvvəl özüm, sonra futbolçularla birlikdə analiz edirdik. Bununla özümü tərifləmək istəmirəm. Demək istəyirəm ki, Azərbaycanda da mütəxəsisilər var, kifayət qədər peşəkardırlar və heç də Villas-Boaşdan geri qalmırlar.
- Bir qədər də özümüzdən danışaq. Klublarımız bu həftə avroliqada mübarizəyə qoşulacaqlar. Sizcə bu il ilk turda “poker” etmək mümkündürmü?
- Əlbəttə, mümkündür. Hər bir klubumuz “Neftçi”nin iki il əvvəlki uğurunu təkrarlaya bilər. “Qarabağ” çoxdandır arzuladığı Çempionlar Liqasında mübarizə aparacaq. Rəqib də münasibdir. “Qarabağ”ın heyətində səviyyəli futbolçular çoxdur və inanıram ki, bu il Avropa səhnəsində uğur qazanacaq.
“İnter”in özünəməxsus oyun tərzi var. Onlar və digər təmsilçimiz olan “Neftçi” beynəlxalq yarışlarda təcrübəyə malikdirlər. “İnter” “Tiraspol”u keçmək gücündədir. “Neftçi”nin rəqibi hələ müəyyənləşməsə də yəqin ki, bu, Sloveniyanın “Koper” komandası olacaq. Lazımi transferlər etsələr mərhələ adlamaqda çətinlik çəkməməlidirlər. Digər tərəfdən onların hazırlaşmaq üçün vaxtları da bir qədər çoxdur. O ki qaldı “Qəbələ”yə, ilk oyunun Qəbələdə keçirilməsi lap yerinə düşdü. Bu, komandaya əlavə güc verəcək. Düzü, “Qəbələ” üçün tur adlamaq o qədər də asan olmayacaq. Komandaya yeni məşqçi gətirilib, heyətin demək olar ki, yarısı ilə yollar ayrılıb. Qısa zaman kəsiyində yeni kollektiv yığmaq, oyuna hazırlaşmaq heç də asan iş deyil. Ümid edirəm ki, “Qəbələ” bu çətinliklərə rəğmən azarkeşləri və bizi sevindirəcək. Hər hansı bir problem olmasa, Qəbələdə keçiriləcək ilk oyunu stadiondan izləyəcəm.
- “Qəbələ”dən söz düşmüşkən, dostunuz, vaxtilə “Anji”də bir yerdə çalışdığınız Hacı Hacıyevin bu komanda ilə danışıqlar apardığı deyilirdi. Yəqin xəbəriniz var.
- Xəbərim var idi. Düzü, başım səhhətimə qarışdığından ətraflı məlumatım olmadı. Yəqin ki, razılığa gəlməyiblər.
- Danışıqlar alınsaydı, Hacı Hacıyev Vaqif Sadıqovu da yanına dəvət edəcəkdi?
- Hacı Hacıyev “Qəbələ” deyil. Buna görə də olmayan şey haqqında nəsə demək doğru olmazdı.
- Son sualım - müqəddəs Ramazan ayı başlayır. Oruc tutacaqsınız?
- Həkimlər icazə vermirlər. Susuz qalmaq bir qədər problem yarada bilər. Amma tutmaq istəyirəm. Fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə xalqımızı müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edir, tutduğu orucun, etdikləri duaların Allah-təala tərəfindən qəbul olunmasını arzu edirəm.
“Het-trik news”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- UEFA-nın saytı "Napoli" - "Qarabağ" oyunundan yazdı
- “Qarabağ” - “Ayaks”: həyəcan zirvəyə yüksəlir
- “Neftçi”nin baş məşqçi məsələsində son durum: Nə türkiyəli, nə belaruslu...
- “Neftçi”nin yeni baş məşqçisi bilindi - SON DƏQİQƏ
- Silva Yankoviçlə mübahisə etmələrindən danışdı: “Hər şey həll olunub”
- Vernidub “Neftçi”nin baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirdi
- Elvin Məmmədov istefasını şərh etdi: “Səbail”in bunu bacaracağına inanıram”
- Tramp DÇ-2026-nın püşkatmasında Azərbaycan Xalq rəssamlarının hazırladığı mükafat aldı
- Samir Abasovun “Neftçi”dən gedişi dəqiqləşdi
- DÇ-2026: “Pley-off”un püşkü atıldı
- “Qarabağ”ın oyununun biletləri satışa çıxır
- “Neftçi”nin muradı...
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxdı
- “Kəpəz” də Yevlaxa “köçür”
-
14:41
“Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
-
14:12
Emin Əmrullayev “Neftçi”nin oyununda
-
13:35
"Üzgüçülük hamı üçün" layihəsinin açılış mərasimi keçirilib
-
13:06
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər açıqlandı
-
12:43
AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
-
11:28
Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bilinib
-
10:54
"Kocaelispor"un qələbəsi VİDEO
-
10:39
Abdullazadənin komandası yenə xalsız qaldı
-
10:17
"Borussiya"ların qarşıdurmasnda dortmundular sevindi VİDEO
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:45
"İnter" penaltilərdə uduzdu VİDEO
-
09:31
“Karvan-Yevlax” “Neftçi”yə, “Zirə” “İmişli”yə qarşı
-
21:08
"Neftçi" "Karvan-Yevlax"la oyuna hazırdır FOTOLENT
-
20:15
Cüdo üzrə Azərbaycan birinciliyinin növbəti qalibləri müəyyənləşib
-
19:43
I Liqada XI tura yekun vuruldu
-
18:56
İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar FOTOLENT
-
18:34
“Turan Tovuz” ili qələbə ilə başa vurdu VİDEO
-
17:27
Azər Bağırov: “İstəməzdik bu gün belə olsun”
-
17:12
Kurban Berdıyevdən qələbə şərhi
-
17:01
Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
-
16:49
"Qarabağ"ın zədəli futbolçularını durumuna aydınlıq gəldi
-
15:38
Azərbaycanda FİFA referilərinin sayı artdı
-
15:15
II Liqa klubuna texniki məğlubiyyət verildi
-
15:00
Qərb derbisini “Turan Tovuz” qazandı
-
14:53
“Qarabağ” 10 min manat cərimələndi
-
13:02
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
12:46
“Şamaxı”dan ayrılan futbolçu Estoniya klubunda
-
11:29
XVl turun hakim təyinatları
-
11:14
Pedro Bikalyo: “Çempionat hələ bitməyib”
-
10:58
UEFA reytinqində gerilədik
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:07
"Napoli" finala belə yüksəldi VİDEO
-
09:45
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular müəyyənləşdi
-
21:48
Vilayət Eyvazov yenidən Atıcılıq Federasiyasının prezidenti seçilib
-
20:34
Cüdo üzrə Azərbaycan birinciliyi start götürüb
-
18:02
“Finalissima”nın yeri və tarixi müəyyənləşib
-
17:27
I Liqada hər iki oyunda heç-heçə
-
16:56
Şahruddin əməliyyat olundu
-
16:13
"Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
-
15:41
Azərbaycanın MMA döyüşçüsü növbəti qələbəsini qazanıb
-
14:09
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib FOTOLENT
-
13:35
AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib
-
12:28
İngiltərə kuboku: Yarımfinal cütləri məlum oldu
-
11:54
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
-
11:17
Rusiya qəzeti: “Qarabağ” hazırda keçmiş SSRİ-nin ən güclü komandasıdır”
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
“Sumqayıt” qış hazırlıq planını açıqladı
-
17:59
"Naxçıvan"dan yeni transfer
-
17:23
I Liqada XI tur start götürdü
-
16:42
“Sabah” - “Qarabağ” oyununun hakimləri açıqlandı
20.12.2025
19.12.2025
18.12.2025
17.12.2025























