21 Oktyabr 2019, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
“Neftçi” bizdən üstün idi”
Təmkindən biabırçı hərəkət
UEFA "Neftçi"ni cərimələdi

Ölkə futbolu

“Qəbələ” - “Şiroki Briyeq” matçında tanış hakim

Xəbər verdiyimiz kimi, Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq "Qəbələ" - "Şiroki Briyeq" oyununu qazaxıstanlı Artyom Kuçin idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, Kuçin 1977-ci il, dekabrın 15-də anadan olub. O, 2009-cu ildən FİFA hakimidir. Qazaxıstanlı referi azərbaycanlı futbolsevərlərə yaxından tanışdır. O, 2013-cü ilin 19 noyabrında millimizin Qırğızıstana qarşı keçirdiyi yoxlama oyunun baş hakimi olub. Həmin matç 1:1 hesabı ilə yekunlaşıb. Kuçin sözügedən qarşılaşmada millimizin 1 futbolçusuna sarı vərəqə göstərib.

2012-ci ilin 24 iyulunda isə Kuçin Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Zestafoni” - “Neftçi” matçının baş hakimi olub. Gürcüstanda baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Həmin matçda Kuçin “Neftçi”nin lehinə penalti təyin edib və Rəşad Sadiqov şansından maksimum yararlanıb.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31