29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Danilo Diasın zədəsi ciddi deyil

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın növbəti günündə komandanın tək məşqi vardı. “Qarabağ” məşqə yerli vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Hazırlıq 100 dəqiqə davam edib. Komandanın bu məşqi fiziki hazırlığın təkmilləşməsi üzərinə qurulub. Yüngül isinmə hərəkətlərinin ardından meydanboyu qurulmuş məneələri dəf edərək qapıya zərbələr üzərində çalışılıb. Olduqca yüksək tempdə davam edən çalışma yüngül qaçışla başa çatıb.

Komandanın məşqində Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb. “Şaxtyor”la oyunda yüngül zədə alan yeni transfer Danilo Dias da kollektiv çalışmalarda iştirak etməyib. Amma braziliyalının zədəsi ciddi deyil.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31