19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Flavinyo: “Özümü heç də əcnəbi saymıram”

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo klubun rəsmi saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu kapitan seçilməsi ilə bağlı fikirlərini bildirib: “Artıq 5-ci mövsümdür ki, “Neftçi”də çıxış edirəm. Bu müddət ərzində “Neftçi”də yalnız azərbaycanlı futbolçuların kapitanlıq sarğısını daşıdığını görmüşəm. Yəni kapitanlıq sarğısı həmişə yerli futbolçularda olub. Son illərdə bu məsuliyyətin həvalə olunduğu ilk əcnəbi futbolçuyam. Əslində, özümü heç də əcnəbi saymıram, artıq 5-ci ildir Azərbaycandayam və özümü bu ölkənin bir vətəndaşı, bir parçası kimi hiss eləyirəm. Azərbaycan mənə doğmadır. Kapitanlıq sarğısını daşımaq mənə göstərilən böyük etimaddır. Bu mənim məsuliyyətimi daha da artırır. Kapitan necə olmalıdırsa, elə olmağa çalışacam. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam. “Neftçi”nin kapitanı kimi Avroliqada uğurlu çıxış edib qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunun tarixinə düşmək istəyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30