28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov rəsmən “Qəbələ”də

2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea və Adrian Ropotanı rənglərinə bağlayan "qırmızı-qaralar" Ruslan Abışovu da sıralarına qatıb. Rusiyanın "Rubin" klubuna məxsus futbolçu icarə əsasında 6 ay "Qəbələ"nin şərəfini qoruyacaq.

10 oktyabr 1987-ci ildə Bakıda anadan olan Ruslan peşəkar futbolçu karyerasına 2006-cı ildə paytaxt təmsilçisi "Neftçi"də start verib. 2012-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2012/2013 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib. 2013-cü ildə isə Ruslanın ölkə xaricinə - Rusiyanın "Rubin" klubuna transferi reallaşıb.

Ruslan Abışov Azərbaycan milli komandasının aparıcı oyunçularındandır. O, yığma komandamızın heyətində 39 oyun keçirib və 4 dəfə rəqib qapılarına yol tapıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31