25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Natiq Məmmədov: “İnşallah, bu toplanışın faydasını Avropa Liqasında görərik”

“İnter”in direktoru Natiq Məmmədov hazırda Avstriyada təlim-məşq toplanışını keçirən “İnter”in düşərgəsindədir. Futbolxeber.az-ın məlumatına görə, N.Məmmədov klubun rəsmi saytına verdiyi açıqlamada komandanın hazırlığı barədə və Avropa Liqasında şanları haqqında danışıb: “Hazırlıq çox yaxşı keçir. Mən artıq bir neçə gündür Avstriyadayam və şəxsən bunun şahidi oldum. Klub rəhbərliyi komandanın avrokubok oyunlarındakı vacib matçlara hazırlaşması üçün əlingən gələni edir. “İnter”in komandaların hazırlaşmaları üçün dünyanın ən yaxşı ölkələrindən biri sayılan Avstriyada olması artıq bir çox mətləblərdən xəbər verir. İnşallah, bu toplanışın faydasını Avropa Liqasında görərik. Komanda çətin mövsümü arxada qoydu, başlanğıcda böyük çətinliklər yaşadıq. İki gün əvvəl komanda ölkənin ən yaxşı komandalarından biri sayılan “Şturm” u məğlub etdi. Bəli, bu yoldaşlıq oyunu idi, ancaq hətta belə görüşlərdə də belə komandalar sonadək oynayır və uduzmaq istəmir. Qarşıda bizi Avropa Liqasına hazırlıq baxımından bir neçə oyun gözləyir. Avrokuboklarda uğurla çıxış etmək istəyirik. İyunun 23-də turnirin püşkatma mərasimi keçiriləcək və ilk rəqibimizi öyrənəcəyik. Püşkatmanın bizə uğurlu olmasını istərddik, ancaq istənilən halda avrokuboklarda zəif komandanın olmadığını unutmamalıyıq. Axı burada ölkələrinin ən yaxşı nümayəndələri toplaşırlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30