28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı

“Qarabağ” Avstriyada ilk məşqinə çıxıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən səhər ölkəni tərk edərək təlim-məşq toplanışına yollanan komanda məskunlaşdığı otelə çatar-çatmaz ilk məşqinə çıxıb. “Sonneck” otelinin 200 metr aralıda yerləşən meydançasına “Qarabağ” yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) yollanıb. Öncə baş məşqçi Qurban Qurbanov futbolçular qarşısında qısaca çıxış edib. Çalışdırıcı hazırlıqdan maksimum yararlanmaq gərəkdiyini ifadə edib.

Komandanın hazırlığı təxminən 90 dəqiqə davam edin. Öncə yüngül isinmə hərəkətlərinin ardından  3 qrupa bölünən komanda “kvadrat” oynayıb. Ardınca 2 qrupa bölünən komanda fərqli sayda toxunuşlarla 2 tərəfli oyun keçirib. Sonda isə yüngül qaçışla məşq başa çatıb.

Məşqdə sadəcə zədəli Rəşad Sadıqov iştirak etməyib. Kapitan fizioterapaevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib.

Qeyd edək ki, “Qarabağ” bu gün Ukrayna çempionu “Şaxtyor”la yoxlama oyununa çıxacaq. Oyunun başlama saatı yerli vaxtla 16:00-a təyin olunub. Buna qədər isə Ağdam klubu səhər məşqinə çıxacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31