24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Şəfa”da hakim biabırçılığı

Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turnirinin final matçında “Beşiktaş” və “Ayntraxt” klubları üz-üzə gəlib. Futbolxeber.az-ın məlumatına görə, görüşün baş hakimi Ömər Paşayev, yan xətt hakimləri isə Rahil Ramazanov və Mübariz Haşımov idi. Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası oyun ərzində bir neçə dəfə kobud səhvlərlə yadda qalıblar.

Epizodların birində top Rahil Ramazanovun qarşısında “Ayntraxt”ın futbolçusundan auta çıxıb. Amma buna baxmayaraq, topu oyuna elə alman futbolçu daxil etsə də, Ramazanov buna heç bir reaksiya verməyib. Yalnız baş hakimin fitindən sonra yan xətt hakimi bayrağını qaldıraraq, topu oyuna almanların deyil, “Beşiktaş”ın daxil etməli olduğunu bildirib.

Başqa mübahisəli epizod “Ayntraxt”ın hücumu zamanı yaşanıb. Belə ki, almanların rəqib cərimə meydançasına doğru yaxınlaşdığı zaman yalnız “Beşiktaş”lı futbolçuların qışqırmasından sonra Mübariz Haşımov ofsayt qeydə alıb. Halbuki həmin epizodda ofsaytdan söhbət getmirdi.

Ən gülməli məqam isə oyunun sonlarına yaxın yaşanıb. Belə ki, “Beşiktaş”ın futbolçularından biri zədələnərək oyunu davam etdirə bilməyib. Həmin oyunçu meydandan çıxarkən də, onun əvəzinə komanda yoldaşı meydana daxil olarkən da qarşılaşma dayanmayıb. Bu isə oyun qaydalarına tam ziddir. Hər kəsə bəllidir ki, oyunda əvəzetmə olması üçün mütləq hakimin oyunu dayandırmalı və bundan sonra əvəzetmə reallaşmalıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30