20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Ayntraxt”ın azərbaycanlı futbolçusu: “Mənim üçün əsas Almaniya millisidir”

“Ayntraxt”ın U-14 komandasının azərbaycanlı futbolçusu Murad Mahmudov Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə özün barədə məlumat verərdin.

- Mən Mahmudov Murad. 2000-ci ildə Azərbaycanda, Bakıda anadan olmuşam. 4 yaşım olanda ailəmlə birgə Almaniyanın Frankfurt şəhərinə köçmüşük. Bu günə kimi də orada yaşayırıq. 5 yaşımdan etibarən futbolla məşğulam. İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynamışam. Bu, kiçik klubdur. Daha sonra “Ayntraxt”ın məşqçiləri oyunumu görüb, bəyəndilər. Artıq 5 ildir bu komandada çıxış edirəm.

- Bu, vətəni tərk etdikdən sonra Bakıya ilk gəlişindir?

- Yox, bir neçə dəfə Bakıda olmuşam. Demək olar ki hər yay gəlirəm bura. Özümüz Almaniyada yaşasaq da, bütün qohumlarımız buradadır.

- “İnter”in keçirdiyi İBA Cup turniri barədə nə deyə bilərsən?

- Çox gözəl turnir təşkil olundu. Yaxşı komandalar var idi. Finala kimi irəliləsək də, həlledici oyunda uduzduq. Buna görə çox təəssüflənirəm. Lakin ikinci yer də pis nəticə deyil.

- “Beşiktaş”a qarşı keçirilən final görüşündə hesabı açsan da, penaltilər seriyası zamanı qeyri-dəqiq oynadın...

- Buna görə çox təəssüflənirəm. Hələ oyun ərzində qələbə qazana bilərdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Yekunda da penaltilərdə uduzduq.

- “Ayntraxt”da səndən başqa azərbaycanlı futbolçu var?

- Rinat Dadaşov var. Amma o, məndən yaşca böyükdür.

- Yəqin ki, Azərbaycan millisində oynayan Rüfət Dadaşovun qardaşını deyirsən?

- Hə, odur. Onun qardaşı millidə oynayır.

- Sənə necə, Azərbaycan millisindən təklif gəlib?

- Təklif gəlib. Amma mən hələ yekun qərarımı verməmişəm.

- Təklif bu turnir zamanı gəldi, yoxsa daha əvvəldən?

- Yox, əvvəldən.

- Dedin ki hələ qərar verməmişəm. Azərbaycan millisində oynamaq istəmirsən?

- Açığı, mənim üçün ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyirəm. Amma Almaniya variantı alınmasa, Azərbaycanınformasını geyərəm.

- Axı, Azərbaycan sənin vətənindir...

- Düzdür, vətənimdir. Amma mən Almaniyada böyümüşəm. Artıq neçə illərdir orada yaşayıram. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq istəyirəm.

- Bu qərarı sən qəbul etmisən, ya valideynlərin?

- Onlar da mənim Almaniya millisində oynamağımı istəyirlər.

- Deyirsən ki, ilk seçimim Almaniyadır. Azərbaycanla müqayisədə Almaniya millisinə düşmək daha çətindir. Bu, səni qorxutmur?

- Yox, heç nədən çəkinmirəm. Özümə güvənirəm.  

- Birdən Almaniya yığmasına düşə bilmədin. Azərbaycan millisi də səndən imtina etdi. Onda necə olacaq?

- Hələ bu barədə düşünmürəm.

- Aleksandr Səmədovu tanıyırsan?

- Hə, tanıyıram.

- O Azərbaycanı yox, Rusiya millisini seçdi. Bakıda Rusiya millisinin heyətində meydana çıxarkən oyun boyu fitə basıldı, hətta təhqir də olundu. Eyni hissləri yaşamaq istərdin?

- Yenə deyirəm, peşəkarlıq baxımından mən Almaniyaya üstünlük verirəm. Əgər, o variant alınmasa, o zaman Azərbaycan millisini seçərəm.

- Almaniya millisindən sənə dəvət gəlib?

- Orada seçim bir qədər fərqli aparılır. Əvvəlcə regionlar üzrə seçimlər aparılır. Sonra isə milli komandanın üzvləri müəyyənləşir. Almaniya millisinə düşmək üçün şansım var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30