20 Iyul 2019, Şənbə
“Qəbələ”dən növbəti transfer
“Neftçi”dən tarixə düşən qələbə
“Neftçi” qrup mərhələsinə çıxsa...”
“Neftçi” darmadağınla II mərhələdə

Ölkə futbolu

“Qarabağ” məşqlərini davam etdirir

“Qarabağ” hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan komanda günü tək çalışmayla keçirib. Ağdam klubu saat 11-də Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. Komandanın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komanda üzvləri 2 tərəfli oyun keçirib. Məşqdə sadəcə Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədir.

Sabah “Qarabağ” hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komanda ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31