20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Stanislav Namaşko: “Xəzər Lənkəran”da baxışda olduğum yalandır” EKSKLÜZİV

Moldova millisinin qapıçısı Stanislav Namaşko “Xəzər Lənkəran”da baxışda olub bəyənilmədiyi, eləcə də AZAL-a keçəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib. Futbolxeber.az saytına verdiyi eksklüziv açıqlamada 27 yaşlı qolkiper deyib: “Xəzər Lənkəran”da baxışda olduğum və bəyənilmədiyim haqda xəbərlər yalandır. Buna qədər mən heç vaxt Azərbaycan klubları ilə danışıqlar aparmamışam. Yayılan xəbərlərin heç bir əsası yoxdur. O ki qaldı AZAL-a, bu məsələ hələlik açıq qalır. Hazırda mən evimdəyəm və istirahət edirəm”.

Qeyd edək ki, moldovalı qolkiper karyerasına vətənində - “Tiraspol”un heyətində başlayıb. Daha sonra “Şerif”də çıxış edən Namaşko, 2010-2013-cü illər aralığında “Kuban”a məxsus olsa da, bu klubun heyətində heç cür möhləmlənə bilməyib. İcarə əsasında Nalçik “Spartak”ı və “Volqar”da çıxış etdikdən sonra 27 yaşlı qapıçı son olaraq vətənində - “Dinamo-Avto”da forma geyib. 2007-ci ildən bu günə kimi Moldova millisinə dəvət alan Namaşko, yığmada meydana çıxdığı 40 oyunda qapısında 55 qol görüb.

    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30