19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Sumqayıt": 2013/2014 mövsümünün statistikası

Azərbaycan Premyer Liqasında 2013/2014 mövsümü başa çatıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov arxada qalan mövsümün 3-cü və 4-cü dövrəsində 22 futbolçunun xidmətindən istifadə edib. Bütün mövsümü nəzərdən keçirsək bu rəqəm 34-dür.

2013/2014 mövsümdə "Sumqayıt" FK-da ən çox oyun keçirmiş futbolçu yayda "İnter"ə transfer olunmuş 23 yaşlı Məhəmməd Mirzəbəyov olub. O, ümumilikdə 34 qarşılaşmada 2921 dəqiqə meydanda olub. Aleksandr Çertoqanov isə 31 görüşdə 2408 dəqiqə oynamaqla 2-cidir. Bu siyahıda 3-cü pilləni isə kapitan Samir Abasov turur. 36 yaşlı futbolçu 26 oyunda 1993 dəqiqə oynayıb.

"Sumqayıt" Futbol Klubu 2013/2014 mövsümündə 36 qarşılaşmada 5 qələbə, 10 heç-heçə və 21 məğlubiyyətə imza atıb. Komanda bu qarşılaşmalarda 27 qol vurub və qapısından 61 top buraxıb. Klubun ən sərrast futbolçusu 6 qola imza atmış Pərdis Fərcad-Azaddır. Mövsümün ortasında heyətə cəlb olunan 21 yaşlı Məhəmməd Mirzəbəyovdur. O, 5 qola imza atmaqla diqqətləri üzərinə çəkib. Digər 16 qol isə Rəhman Hacıyev (3), Uğur Pamuk (2), Mirzağa Hüseynpur (2) Vüqar Əsgərov (2), Tərzin Cahangirov, Elşən Abdullayev, Ruslan Qurbanov (1/1), Orxan Əliyev, Ruslan Nəsirli və Nurlan Novruzovun aktivindədir. Bir qol isə avtoqol sayəsində qeydə alınıb.


23 yaş - Məhəmməd Mirzəbəyov - 34 (2921 dəqiqə)
34 yaş - Aleksandr Çertoqanov - 31 (2408)
36 yaş - Samir Abasov - 26 (1993)
25 yaş - Adil İbrahimov - 25 (2564)
26 yaş - Pərdis Farcad-Azad - 24 (1874)
25 yaş - Nodar Məmmədov - 23 (1810)
26 yaş - Vurğun Hüseynov - 22 (1779)
25 yaş - Bəxtiyar Həsənalızadə - 22 (1653)
24 yaş - Mirzağa Hüseynpur - 22 (1422)
21 yaş - Aqşin Muxtaroğlu - 20 (965)
20 yaş - Rəhman Hacıyev - 18 (1601)
22 yaş - Tərzin Cahangirov - 18 (1585)
21 yaş - Məhəmməd Qurbanov - 14 (876)
19 yaş - Ruslan Nəsirli - 14 (533)
24 yaş - Uğur Pamuk - 13 (1061)
21 yaş - Andrey Popoviç - 10 (900)
22 yaş - Şəhriyar Xəlilov - 10 (375)
19 yaş - Şahruddin Məhəmmədəliyev - 7 (630)
19 yaş - Ramil Mansurov - 3 (116)
19 yaş - Tərlan Əhmədli - 2 (134)
17 yaş - Fərid Kərimzadə - 2 (12)
18 yaş - Bayram Nuruzadə - 1 (6)

Vurulan qollar:Pərdis Fərcad-Azad (6 qol), Məhəmməd Qurbanov (5), Rəhman Hacıyev (3), Uğur Pamuk (2), Mirzağa Hüseynpur (2), Vüqar Əsgərov (2), Elşən Abdullayev, Ruslan Qurbanov (1/1), Orxan Əliyev, Ruslan Nəsirli, Nurlan Novruzov, Tərzin Cahangirov.

"Sumqayıt" FK-da 2013/2014 mövsümü yanvara qədər oynayan futbolçuların statistikası
Anar Nəzirov - 17 (1530 dəqiqə)
Elşən Abdullayev - 17 (1393)
Nurlan Novruzov - 15 (1134)
Slavik Alxasov - 14 (1209)
Ruslan Qurbanov - 14 (1014)
Vüqar Əsgərov - 12 (792)
Orxan Əliyev - 9 (611)
Kərim Diniyev - 9 (519)
Zaur Həşimov - 2 (36)
Elçin Sadıqov - 1 (45)
Sabir Allahquliyev - 1 (27)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30