29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Fariz Nəcəfov: "Qəbələ" digər iki namizədlə danışıqlara başlayıb"

"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

- Əvvəlcə, İvaylo Petev məsələsinə aydınlıq gətirməyinizi istərdik. Onun "Qəbələ"yə gəlişinə nə mane olur?

- Məsələnin uzanmasına Petevin müqaviləsi davam etdiyi AEL klubu səbəb oldu. İyunun 10-da səhər saat 10-da Petev AEL-lə ilə müqaviləsini pozmalı idi. Klub də buna razı idi. Ancaq klub prezidenti sonradan qərarını dəyişib və Petevi komandada saxlamaq istəyib. Hələ ki, Petevlə danışıqlar davam edir. Eyni zamanda digər namizədlərlərlə də danışıqları bərpa etmişik.

- AEl klubunun rəsmi saytı Petevlə iki illik müqavilə imzaladıqlarını yazıb.

- Belə bir şey olmayıb. Yanlış xəbər idi. Onun AEL-lə müqavilə şərtlərində qeyd olunub ki, komanda  Petevlə birinci ilində ilk "üçlüy"ə düşərsə, daha iki il komandanı çalışdıracaq. AEl isə Kipr çempionatını ikinci pillədə tamamladı. Buna görə də Petev növbəti iki ildə AEL-də çalışmalı idi. Ancaq Petev bizə bildirmişdi ki, klub rəhbərliyi ilə danışmışam, müqaviləmi ləğv edəcəm. İstənilən halda AEL klubu bizi çətin vəziyyətə saldı. İstərdik ki, Petev "Qəbələ"ni çalışdırsın. Ancaq alınmasa da, başqa namizədimiz var.

- Deməli, Petev özü "Qəbələ"yə gəlmək istəsə də, klub rəhbərliyi onu buraxmır?

- Bəli, məşqçi ilə bağlı heç bir problem yoxdur. Hətta mətbuatımızın da burda təqsiri var. Ağıllarına gələni yazdılar. Guya Petev  "Qəbələ"də ilinə 2 milyon dollar qazanacaq. Nəyə əsasən bunu yazıblar, bilmirəm. AEL klubu bizim mətbuatı izləyir. Təbii ki, yazılanları oxudular və müəyyən fikrə gəldilər. Ancaq bildiyimə görə, hazırda AEL rəhbərliyi pul məsələsini fikirləşmir, sadəcə Petevlə yolları davam etdirmək istəyir.

- Petevi nə vaxta qədər gözləmək fikriniz var?

- Bizim gözləməyə vaxtımız yoxdur. Petev məsələsində bu gün son gündür. Alınmasa, digər iki namizəddən birini seçəcəyik. Hansı ki, əvvəldən bu məşqçilərlə danışıq aparırdıq. Sadəcə ən çox Petevin üzərində dayanmışdıq. Artıq qeyd etdiyim iki namizədlə danışıqlara başlamışıq. Yəqin ki, onlardan biri ilə müqavilə imzalayacağıq.

- Petevin gəlişi alınmasa, yeni baş məşqçinin təyinatı nə vaxt olacaq?

- Tez bir vaxtda baş məşqçi məsləsini həll edəcəyik. Çünki komanda bu gün Sloveniyaya baş məşqçisiz yola düşür. Hər şey Petevin istəyinə uyğun planlaşdırılmışdı. O özünə əmin idi ki, AEL-lə müqaviləni pozacaq. Ona görə də Petevin istəyinə uyğun plan qurmuşduq. Danışıq apardığımız hər iki namizəd "Qəbələ" haqda tam məlumatlıdır. Artıq onlar bütün futbolçular haqda təsəvvürə malikdir. Ona görə də baş məşqçi təyinatının gecikməsi komandaya çox da təsir etməyəcək.

- "Qəbələ" ilə müqaviləsi başa çatan müəyyən futbolçular var. Onlarla müqavilə yenilənib, yoxsa, yeni baş məşqçi buna qərar verəcək?

- Elə futbolçularla müqavilə imzalamışıq ki, yeni baş məşqçinin kimliyindən asılı olmayaraq onlar komandada qalmalı idi. Baş məşqçi vəzifəsinə namizəd dörd mütəxəssisin hər biri ilə hərtərəfli müzakirələr aparmışdıq. Komandada kimlərin qalmalı olduğunu danışmışdıq. Hazırda "Qəbələ"dəkibütün futbolçular komandada qalacaq. 

- Yeni transferlərlə bağlı hansı işlər görülür?

- Komandaya cəlb olunacaq legioner futbolçularla bağlı yeni baş məşqçi qərar verməlidir. Onun komandanı hansı sistemlə oynadacağından çox şey asılıdır. Yerli futbolçulardan isə iki nəfərlə danışıq gedir. Yəqin ki, yaxın günlərdə komandaya cəlb olunacaqlar.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31