19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

İntizam Komitəsinin növbəti iclası keçirilib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az0ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Həvəskarlardan ibarət “Binə” Futbol Klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək 28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insidentlə bağlı olaraq AFFA İntizam Komirəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda qeyd edilmiş qərarlara yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya və Ekspert Komitəsi insidentin daha ətraflı araşdırılması üçün İntizam Komitəsinə məktub ünvanlamışdır.

28 may 2014-cü il tarixində Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda baş vermiş insident AFFA İntizam Komitəsi tərəfindən yenidən araşdırılıb və yuxarıda qeyd edilənlər nəzərə alınaraq qərara alınıb:

1. AFFA İntizam Komitəsinin 03.06.2014-cü il tarixli 45 saylı protokolunda göstərilən qərarlar qüvvədə saxlanılsın.

2. Yuxarıda qeyd olunan insidentin Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyində baş verməsini nəzərə alınaraq “Binə” komandasına AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarında çıxışını davam etdirməsinə icazə verilsin.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30