29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakı” “Simurq” üçün ən arzuolunmaz rəqibdi

“Simurq” 2013/14-cü il mövsümündə ümumilikdə 37 rəsmi qarşılaşmaya çıxıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan 36-sı Azərbaycan Premyer Liqasında, biri isə Azərbaycan Kuboku çərçivəsində baş tutub.

Komanda Premyer Liqanın cari mövsümündə 11 qələbə, 13 heç-heçə və 12 məğlubiyyət nəticəsində 46 xal toplayıb. “Zaqatala şəhər stadionu”nun suni ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar “sarı-qaralar” XV tura qədər bütün oyunlarını demək olar ki, səfərdə keçirib, qonaq komandaları gah Qəbələdə, gah da paytaxtda qəbul edib. Bunlardan ikisini “Qəbələ şəhər stadionun”da, üçünü “Şəfa stadionun”da, birini isə “Bayıl Arena”da keçirən “Simurq”, bu matçların ikisində qələbə qazanıb, ikisində heç-heçə edib, ikisində isə məğlub olub. Doğma arena hazır olduqdan sonra burada keçirdiyi 12 matçda isə zaqatalalılar 4 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətlə 17 xal toplayıb.

Komanda səfərdə keçirdiyi 18 qarşılaşmada 21 xal toplayıb. Bu matçların 5-də qələbə qazanan “Simurq”, 6-da heç-heçə edib, qalan görüşlərdə məğlub olaraq mövsümün sonunda turnir cədvəlində 7-ci pilləni tutub.

Bu mövsüm Azərbaycan Kubokunda komanda uğursuz çıxışı ilə yadda qalıb. 1/8 final mərhələsində səfərdə I divizion təmsilçisi “Araz Naxçıvan”ın qonağı olan “Simurq”, əsas vaxtı 2:2 hesablı heç-heçə bitən matçda təyin olunmuş oyundan sonrakı penalti vuruşlarında məğlub oldu və kubok yarışından erkən kənarlaşıb.

2013/14-cü il mövsümündə “Simurq” rəqib qapısından 37 qol keçirib. 30 dəfə isə rəqib komandalar “sarı-qaralar”ı mərkəzdən oyuna başlamağa məcbur edib. Zaqatala təmsilçisinin vurduğu qollardan 35-i Premyer Liqada qeydə alınıb.

Premyer Liqanda “Simurq”un keçirdiyi oyunlarda ən çox qeydə alınmış hesab 0:0-dır. Belə başa çatan görüşlərin sayı 10-a bərabərdir. Bu mövsüm Zaqatala təmsilçisinin ən böyük hesablı qələbəsi “Sumqayıt”la görüşdə qeydə alınıb. XXIV turda keçirilən matçda “sarı-qaralar” qonaq komandanı 4:0 hesabı ilə məğlub edib.  

“Simurq”un geridə qalan mövsümdə məğlub edə bilmədiyi komandalar isə “Bakı”, “Neftçi” və “Qəbələ”dir. Zaqatala təmsilçisi “flaqman” və qəbələlilərlə görüşlərin ikisində heç-heçə etməyi bacarsa da, “Bakı” bu mövsüm yeganə rəqib idi ki, bu komanda ilə qarşılaşmalarda Georgi Çixradzenin yetirmələri bir xala belə həsrət qalıb.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31