19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

”Xəzər Lənkəran” həmişə qol vurduğu rəqibə qarşı

 

Bu həftə Topaz Premyer Liqasının XXVII turunun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, final mərhələsinin ilk dövrəsinin son turunda “Xəzər Lənkəran” “Sumqayıt”la görüşəcək. Əsas hədəfi ölkə kuboku ilə bağlı olan "Xəzər Lənkəran" Premyer Liqada qalmaq üçün mübarizə aparan rəqibini öz meydanında qəbul edəcək.
 
Lənkərandakı görüş tərəflər arasında 5-ci qarşılaşma olacaq. İlk dəfə final mərhələsində üz-üzə gələcək komandalar 2 dəfə 2011/12, 2 dəfə cari mövsümündə üz-üzə gəlib. Ötən mövsüm hər 2 qarşılaşmada “Xəzər Lənkəran” qalib gəlibsə, bu çempionatda qalib müəyyənləşməyib.
 
"Xəzər Lənkəran" rəqibinə qarşı keçirdiyi 4 matçın hamısında rəqib qapısına yol tapıb. Əslində 4 görüşdə cəmi 1 dəfə hansısa komanda qapısını toxunulmaz saxlaya bilib. Bu da ötən mövsümünü 2-ci dövrəsində “ağ-yaşıllar”ın səfərdə 3:0 hesabı ilə qalib gəldiyi matçda olub.
 
Lənkərandakı görüşlərdə isə hər 2 komanda qol vurub. Meydan sahibləri “Sumqayıt”la hər 2 ev oyununda eyni sayda 2 qol vurmağa nail olub. Ümumilikdə 2 qələbə və 2 heç-heçəsi olan “Xəzər Lənkəran” top fərqində ikiqat üstünlüyə malikdir – 8:4.
 
2011/12     06.08.2011     çempionat     e     2:1
2011/12     03.03.2012     çempionat     s     3:0
2012/13     31.10.2012     çempionat     s     1:1
2012/13     03.03.2013     çempionat     e     2:2



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31