26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mahir Şükürov: “Mən insanam, daşdan dəmirdən deyiləm”

“Neftçi”nin və Azərbaycan millisinin üzvü Mahir Şükürovun müsahibəsi

- Mahir, necəsən?

- Belə yazılardan sonra əlbəttə yaxşı olmaram.

- Son vaxtlar sənin haqqında heç də yaxşı şeylər yazılmır? Gah otel, gah pul, gah da tərbiyəsiz ifadələr işlədirlər. Nə məsələdir?

- Düzünü desəm, nəsə yazılanda mediadan xəbərim olur ki, guya mən bunu etmişəm. Halbuki elə şeylər var ki, özümün də xəbərim olmur.

- Bir müddət əvvəl pulun oğurlanıb dedilər?

- Hə, bilirəm: dedilər maşınımı sındırıb pulumu götürüblər və guya mən də həmin vaxt oteldə olmuşam. Yaxşı araşdırsaydılar, görərdilər ki, mən həmin gün Bakıda deyildim. Bir yaxın adamın toyuna getmişdik. Necə olur ki, həmin gün mənim maşınımın şüşəsi sınır və mən “supermen”lik edib Bakıdan 5 dəqiqəyə harasa kənara gedirəm. Nə qədər də pul oğurlanıb. Yaxşı, o qədər pul oğurlanıbsa, mən niyə aidiyyatı orqanlara müraciət etmirəm? Adamın bir qəpiyi itəndə hər yeri axtarır, araşdırır. Mənim o qədər pulum itsin və mən bunu araşdırmayım? Təbii ki, belə şey olmayıb.

- Mahir, bəs barmaq?

- Hər adam əsəbiləşir, hər adamın əsəbi var və mən demək istəyirəm ki, mən robot deyiləm. Adamı elə çilədən, əsəbdən çıxarırlar ki, günahsız olarkən günahlı vəziyyətə düşürsən. Baxın, bir insan birini sevməyəndə əlindən gələni edir ki, ona şər atsın və yaxud başqa şeylər etsin. Mənə bunu hansısa düşmənimiz, erməni etsə heç mənə maraqlı da olmaz. Bunu deyənlər öz millətimdir, dinimiz, suyumuz, vətənimiz bir olan insanlardır. Adi küçədə dostlar birini söyəndə axırı davaya gedir. Mən stationdayam, gərginəm oyunun ortasında çalışıram əsəblərimi cilovlayım və kənardan ədəbsiz söyüşlər eşidirsən və bu, sənə deyilir. Qayıdıb söysən pis adam olursan, dava eləsən pis adam olursan, oyundan çıxsan pis adam olursan, barmaq göstərirsən yenə pis adam olursan. Bəs yaxşı, siz deyin neyləyim? Mən insanam, daşdan dəmirdən deyiləm.

- Maraqlıdır, nə yaxşı o kadrı həmin saniyə çəkə bilmişdilər?

- Oyun başlayan kimi iki fotoqraf qoyurlar ki, siz heç kəsi yox, Mahiri çəkin, görün neyləyəcək? Başını belə çevirəcək, ya elə? Hamısını çəkin. Necə qaçacaq? Bax belə, əvvəldən düşünülmüş bir şey... Adam bilmir oyununu oynasın, yoxsa söyüşlərə, təhqirlərə cavab versin. Mənlə nə problemləri varsa, gəlsinlər oturub danışaq. Bəlkə bilmədiyim şeylər var. Nə veriblər ala bilmirlər. Məndən ancaq oyun tələb etsinlər, desinlər pis oynadı, amma təhqirə yol verilməsin və bundan sonra media nümayəndələri yazanda araşdırsın yazsın, vicdanlı yazsın.

- Sosial şəbəkələrdə olan fotolarını özün paylaşırsan, düzdü? Şəkillərə gələn rəylərdən xəbərin varmı?

- Bəli, özüm paylaşıram. Maşının yanında peşman olub şəkil yükləyirəm. Həmin gün bütün hamı məndən danışır. Deməli, deyilən sözlər: harınlayıb, qudurub, bu nədi, maşınına bax. Demək, olar ki, hamının maşını var və əksəriyyət sosial şəbəkədə var. Əksəriyyət də yaxşı maşınla, sevgilisi ilə yemək yediyi yerdə, nə bilim çimdiyi yerdə şəkillərini paylaşırlar. Bunlar niyə söz olmur? Mən adi şəkil paylaşıram. Mən sabahdan hər yerə piyada gedəcəm. Yemək yeməyəcəm, şəkil çəkdirməyəcəm, onlara belə xoşdusa, belə də edim. Azarkeşlərə hörmət edirəm, amma hörmət də gözləyirəm. Məni, komandanı sevməsinlər, amma hörmət etsinlər. Hörmət hörmətə bağlıdır. Hər kəsin sevimli komandası, sevimli oyunçusu var. Gəlin, bir-birimizə hörmət edək.


oxu.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30