18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Komandaların sayı artırılmayacaq”

“Növbəti mövsümdə Azərbaycan çempionatında 10 komanda çıxış edəcək”. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Qurum başçısı Azərbaycan çempionatının 2014/15 mövsümü ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirib. O bildirib ki, yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək klubların sayında dəyişiklik olmayacaq: “Biz çalışdıq ki, klubların sayını 12-yə qədər artıraq. Lakin lisenziyalaşmanın tələblərinə cavab verən komanda yığa bilmədik. Bunun üçün də klubların sayı artırılmayacaq. Həm də 10 komanda ilə çempionat daha maraqlı, daha keyfiyyətli olacaq. Azərbaycan Premyer Liqasını tərk edən “Rəvan” isə növbəti mövsümə I divizionda çıxış edəcək”.

Qeyd edək ki, Premyer Liqanı tərk edən “Rəvan”ı “Araz-Naxçıvan” əvəzləyəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30