25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elvin Məmmədov: “Pantiç “İnter”lə müqavilə imzalayandan sonra zəng etdi və dedi ki...”

“RƏHBƏRLİK NƏİNKİ HƏMİN GECİKƏN AYLARIN, HƏTTA NÖVBƏTİ 2 AYIN DA MAAAŞINI ƏVVƏLCƏDƏN ÖDƏYİRDİ”

“İnter”in yeni transferi Elvin Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Artıq “İnter”lə müqavilə imzalamısan. Sabiq klubuna qayıdışını necə şərh edərdin?

- “İnter” mənim üçün yad klub deyil. Əvvəllər də burada oynamışam. İndi yenidən komandaya qayıtdığım üçün çox şadam. İnanıram ki, seçimim doğru olacaq. Burada özümü yaxşı tərəfdən göstərəcəyimə inamım böyükdü.

- “Bakı”dan ayrılmağına səbəb nə oldu?

- “Bakı” ilə müqaviləmdə göstərilirdi ki, yanvarda danışıb, sözləşməni uzada bilərik. Amma klub rəhbərliyindən mənə heç bir təklif gəlmədi. Halbuki baş məşqçi Milinko Pantiç də mənim komandada qalmağımı istəyirdi və rəhbərlik də bunu bilirdi. Lakin səs-soraq çıxmadı. Buna görə də çox gözləmək istəmədim. Vaxt gedirdi.

- Belə çıxır ki, klub rəhbərliyi komandada qalmağını istəmirdi?

- Bəlkə də istəyirdilər. Amma mənimlə görüşmədilər. Heç kim təklif irəli sürmədi. Bildiyiniz kimi, bu mövsüm uğursuz çıxış etdik və avrokuboklardan kənarda qaldıq. Bu məqam da rəhbərliyi narazı salmışdı.

- Komandadan gedişinə Pantiçin münasibəti necə oldu?

- Pantiç məni komandada görmək istəyirdi. Amma heç bir addım atılmadı. “İnter”lə razılaşdıqdan sonra Pantiçin tərcüməçisi zəng vurdu. Dedi ki, Pantiç xəbər göndərib və komandada qalmağımı istəyir. Mən isə artıq gec olduğunu bildirdim. Çünki “İnter”lə bütün məsələlərdə razılıq əldə olunmuşdu. Əvvəl razılıq verib, sonra imtina etməyim düzgün olmazdı.

- Bəlkə maddi duruma görə “Bakı”nı tərk etmisən?

- Yox, Allaha and olsun ki pulun keçidimdə heç bir rolu olmayıb. Düzdür, maaşımız gecikirdi. Amma bunu ciddi problem hesab etmirəm. Çünki elə olub ki, əvvəl də 2 ay maaşımız gecikib. Lakin sonradan rəhbərlik nəinki həmin gecikən ayların, hətta növbəti 2 ayın da maaşını əvvəlcədən ödəyirdi. Yəni ki, “Bakı” klubunda bizim pulumuz heç vaxt batmayıb. Bir qədər yubanma problem deyil. Hamı da bilir ki, gecikən maaşları alacağıq. Bir daha deyirəm ki, “Bakı”dan mənə təklif gəlmədiyinə görə komandadan getdim. Həm də Pantiç mənə həmişə şans vermirdi. Bəzən ehtiyatda qalırdım, oynamırdım.

- “İnter”də “Bakı”dakından daha çox oynayacağına inanırsan?

- Əlbəttə. Keçidimdə məşqçi amilinin də rolu oldu. Tsxadadzenin necə məşqçi olduğunu hamı çox gözəl bilir. İnanıram ki, onun rəhbərliyi altında daha çox oynamaq şansı qazanacağam və bu şansdan yararlanacağam.

- Tsxadadze ilə söhbət etmisənmi?

- Mən müqavilə imzalayanda o, Gürcüstandaydı. Təlim-məşq toplanışına başlayanda onunla söhbət edəcəyəm.  

- Daha əvvəl də “İnter”də oynamısan. İlk çıxışınla müqayisədə “İnter”dəki karyeranın bu dəfə daha parlaq alına bilər?

- Buna inanıram. Əlimdən gələni edəcəyəm ki, özümü yaxşı tərəfdən göstərim. “İnter”də yaxşı futbolçular cəmləşib. Lakin mən də zəif oyunçu deyiləm. Bütün bacarığımı ortaya qoyacağam.

- Qarşıdan Avroliqa yarışları gəlir. “Neftçi” və “Qarabağ”la müqayisədə “bankirlər”in Avroliqadakı çıxışı elə də parlaq alınmır. Uğursuzluğa bu dəfə son qoymaq mümkün olacaq?

- “İnter”ə keçidimdə bu məqamın da rolu oldu. Komanda Avroliqada mübarizə aparacaq ki, bu da mənim ürəyimcədir.”İnter”ə Avroliqada kömək etməyi çox istəyirəm. Bildiyim qədəri ilə, “İnter” əsas heyətin əksər futbolçularını saxlayıb. Komandanın oturuşmuş heyəti var. Yaxşı futbolçular və yaxşı məşqçi varsa, Avroliqada uğur qazanmaq mümkündü. Amma püşk amilini də unutmaq olmaz. Bəxtimizə çıxacaq komandanın kimliyi də mühüm əhəmiyyət kəsb edir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30