24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Neftçi"nin hazırlıq planı bəlli oldu

Ölkəmizi Avroliqada təmsil edəcək "Neftçi" klubunun yay hazırlıq planı bəlli olub. Qol.Az saytına açıqlamasında bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, bildirib ki, təlim-məşq toplanışı Avropanın iki ölkəsində keçiriləcək: "İyunun 6-da komandamız Bakıda bir araya gələcək. Ayın 12-də isə Türkiyənin Bolu şəhərinə yollanacaq. Hazırlığın ilkin mərhələsi 16 gün nəzərdə tutulub. İyunun 28-də vətənə qayıdacaq komandamız bir neçə gün istirahət edəcək və iyulun 1-də Avstriyaya yollanacaq. Hazırlığın ilk mərhələsində iki yoldaşlıq oyunumuz baş tutacaq. İkinci mərhələdə isə daha çox oyunlar olacaq. Avstriya toplanışında əsas məqsəd yoxlama görüşlərinin keçirilməsidir. Rəqiblərimiz hələlik dəqiqləşdirilməyib".

Qeyd edək ki, ölkə kubokunun son qalibi  Avroliqanın ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30