25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bakı” ən çox penalti vurmaq hüququ qazanan komanda oldu

Azərbaycan Premyer Liqasının ötən mövsümündə qapılara 47 penalti təyin olunub. Futbolxeber.az-ın məlumatına görə, bunlardan 35-i qolla nəticələnib, qalan 12-si isə qeyri-dəqiq olub.

Paytaxtın eyniadlı təmsilçisi - “Bakı” klubu 10 dəfə penalti vurmaq hüququ qazanıb. Bunlardan 8-ni qola çevirən “zolaqlılar” hər iki göstərici üzrə çempionatın lideridir. Qeyd edək ki, bu qollardan 5-i komandanın hücumçusu Əfran İsmayılovun aktivindədir.

“Rəvan” klubu mövsümdə yalnız bir dəfə penalti hüququnu qazansa da, ondan maksimum istifadə edə bilib. Xuan Manuel Varea 34-cü turun “Simurq”la oyununda komandasına qələbə gətirən qolun müəllifi olmuşdu.

“Xəzər Lənkəran” isə 6 dəfə penalti vurmaq hüququ qazansa da, cəmi 2 dəfə rəqib qapıçılarını məyus edə bilib. Cənub təmsilçisinin heyətində Elias Ribeiro və Dejan Blajevski dəqiqliyi ilə seçilib. Junior Nildo 2 dəfə, Etame Mbilla və Dejan Blajevski isə hərəyə bir dəfə penaltini qeyri-dəqiq yerinə yetiriblər.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30