16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ” 3 göstəricidə hamını qabaqladı

Azərbaycan Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub. Ağdam futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər. Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə). Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib - orta hesabla hər oyunda 15 zərbə.

Ölkə çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə qoyub - müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər oyunda).

Azərbaycan kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.

Gümüş mükafatçı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30