26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Atletiko”nun Bakıya cəmi 2 futbolçusunun gəlməsinin səbəbi açıqlandı

Bu gün Madrid “Atletiko”sunun prezidenti Enrike Sereso, baş katib Anxel Gil Marin Bakıya təşrif buyurublar. La Liqada qazandığı çempionluq kubokunu Bakıya gətirən madridlilərin yalnız 2 üzvü - komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəliblər. Futbolxeber.az-ın məlumatına görə, Madrid klubunun səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında Enrike Sereso Azərbaycana yalnız 2 futbolçunun gəlməsinə belə aydınlıq gətirib: “Sıx qrafiklə meydana çıxırdıq. Son zamanlar çox ağır, məsul oyunlar keçirdik. Odur ki, komanda üzvləri indi istirahətdədirlər. Amma bu, bütün futbolçulara aid deyil. Çünki komanda üzvlərinin yarısı hazırda millilərin heyətində dünya çempionatına hazırlaşırlar. Onlar özləri də istərdilər ki, Bakıya yenidən gəlsinlər. Lakin dediyim səbəblərdən bu, baş tutmadı”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30