19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Bakı”nın dərdi başqadı YAZI

Azərbaycanda 2 klub var ki, daim müzakirə mövzusudur. Bunlardan biri “Xəzər Lənkəran”, digəri isə “Bakı”dı. “Neftçi”, “Qarabağ”, “İnter”, “Qəbələ”, “Simurq” azarkeşləri inciməsinlər. Şəxsi fikrimdir ki, “Xəzər Lənkəran”la “Bakı” turnir cədvəlinin hansı mövqesində qərarlaşmasından asılı olmayaraq daim müzakirə mövzusuna çevrilir. Digərləri ilə müqayisədə hər ikisi istər mətbuat, istər azarkeşlər, istərsə də futbol ictimaiyyəti tərəfindən ən çox qınanan klublardı.

Fikrimi bir qədər daha geniş şəkildə izah etmək üçün qısaca deyim - bu gün “Neftçi” olduqca çətin günlər yaşayır. Son 3 ildə çempion olan, Avroliqada tarix yazan bir komanda “Sumqayıt”a mövsüm ərzində 4 oyundan 2-sində uduzursa, bunun yalnız bir adı var - BİABIRÇILIQ. Ən uğursuz transferlər də elə bu klubun aktivindədir (Melvin Platye buna bariz nümunədi – Ş.Z.). Gəl ki, bu gün “Neftçi”dən çox az adam danışır. Əksəriyyət düşüb “Xəzər Lənkəran”la “Bakı”nın üstünə. “Hər iki klubun baş məşqçisi yenidir, onlara vaxt vermək lazımdır” və s. kimi xeyli fikir irəli sürmək olar. Amma sözümün canı başqadır.

Bu gün hansı saytı, qəzeti açsan, “Bakı”dakı maliyyə böhranından xəbərlərlə rastlaşacağıq. Hər kəs fikrini deməkdə azaddır, bunu bilirəm. Amma insaf da yaxşı şeydir. Bu günə kimi Azərbaycan futbolunda xeyli klubda maliyyə böhranı olub. Lakin heç biri bu qədər şişirdilməyib. Bəs niyə “Bakı”dakı böhran bu qədər geniş müzakirələrə yol açır? Səbəbi çox sadədir. Bu, kimlərinsə şəxsi marağıdır. Bəziləri “Bakı”nı “vurmaq” üçün bəhanə axtarırdılar və maaşların gecikməsi, digər məsələlər həmin insanlar üçün əla fürsət idi. Sosial şəbəkələrdə əksəriyyət “Qəbələ” ilə oyundan öncə yaşanan “qiyam”a görə komandadakı əcnəbiləri “hədəf” seçmişdi. Amma bildiyim qədəri ilə əcnəbiləri qızışdıran elə bəzi yerli futbolçular olub. Necə? Deməli məsələ belədir ki, Milinko Pantiçin baş məşqçi postuna gətirilməsi əvvəllər klubda rəsmi mövqə tutan, “zolaqlılar”ın etdiyi transferlədə söz sahibi olan, bu keçidlərdən böyük qazanc əldə edən bəzi şəxslərin “çörəy”ini əlindən alıb. İndi “Bakı”da transferlərdə əsas söz sahibi məhz Pantiçdir. Əvvəllər keçidlərdən yüz minlərlə pul qazanan həmin şəxslər bu gün qara qəpiyə həsrət qalıblar. Belədə, yeganə variant Pantiçi “vurmaq”, onun “torbasını tikməkdi”. Həmin şəxslər Pantiç gedəcəyi halda, yenidən ciblərini qalınlaşdıracaqlarını düşünürlər.

Hafiz Məmmədovu Azərbaycanda 7-dən 70-ə hər kəs tanıyır, hörmət edir. Fakt budur ki, “Bakı”dakı maliyyə problemini şişirdənlər məhz Hafiz bəyi gözü götürməyənlərdi. “Land of fire Azerbaijan”lı “Atletiko”nun Çempionlar Liqasında finala yüksəlməsini, La Liqada çempionluğu qazanmasını, “Lans”ın Liqa 1-ə yüksəlməsini bəziləri həzm edə bilmirlər. Bu, onların ürəyinə od çəkib. Oxu atıb, yayı gizlətməyin mənası yoxdur. “Atletiko” və “Lans”ı gözü götürməyənlərin başında elə AFFA rəhbərliyi gəlir. Üzdə gülməklə deyil, heç kim çörəyi qulağına yemir. AFFA-dakıların Hafiz Məmmədovun gördüyü işləri qısqanması faktdı. Neçə illərdir Məmmədovun gördüyü işlərin heç 10 faizini bacarmayanlar indi “Bakı”nın prezidentinin ayağının altını qazırlar.  

Hafiz Məmmədova yönələn digər tənqidlər də “Bakı”nı guya qeyri-peşkarların idarə etməsiylə bağlıdır. Gəl buna gülmə də. Hansı qeyir-peşəkarlıqdan danışırsız? “Bakı” 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboku qazanıb. Avroliqada play-offa kimi irəliləyib. Budur qeyri-peşəkarlıq? Halbuki, elə klub var ki, ona “Bakı”dan da artıq pullar xərclənsə də, bir dəfə olsun çempion ola bilməyib. “Bakı” uğur qazananda Zeynal Məmmədov, Yaşar Seyidov peşəkar idi, indi qeyri-peşəkar oldular? Zeynal Məmmədov uzun müddət “Bakı”da baş menecer vəzifəsində çalışıb və transferlərə cavabdeh şəxs olub. Statistikaya baxın. Ən uğurlu transferləri əksər hallarda elə “Bakı” edib. Bu klubda forma geyən neçə-neçə əcnəbi milliləşdirilərək yığmamıza cəlb olunub. Azərbaycanda ən çox qalan əcnəbilər də əksər hallarda “Bakı”nın tapıntıları olub. O ki qaldı Yaşar Seyidova, icraçı direktor bu gün də Azərbaycan futbolunda ən təcrübəli klub rəsmisidir. Yaşar Seyidov Azərbaycan futbolunda olanda, indiki AFFA, klub rəsmilərinin yarıdan çoxu bəlkə də meydanda neçə futbolçunun olduğunu belə bilmirdilər.

Uzun sözün qısası, indi “Bakı”da olan maliyyə böhranını şişirtmək, kimlərisə qeyri-peşəkarlıqda ittiham etmək yersizdi. “Bakı”nı qeyri-peşəkarlıqda suçlayırsızsa, heç olmasa ikiüzlü olmayın. Hafiz Məmmədovu görəndə qabağına hamıdan birinci qaçmayın...

Şahin ZÜLFÜQAROV, “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30