Ölkə futbolu
“Növbəti mövsümdən etibarən Anar Salmanov Premyer Liqa oyunlarına təyinat alacaq”
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi.
- Hakimlərimizin mövsüm ərzindəki idarəçiliyinə neçə bal verərdiniz?
- Ümumi götürsək, 10 ballıq şkala ilə 8,3 bal.
- Deməli, növbəti mövsümdə də hakimlik üçün keçərlidir.
- Elədir. Bu mövsüm hakimlərimizin idarəçiliyini məni qane etdi. Fikir verirsinizsə, ildən-ilə səviyyə artır. Çox uzağa getməyək, birinci yarı ilə ikincini müqayisə etsək, hakim səhvləri nəzərəçarpacaq dərəcədə azalıb. Hər bir sahədə olduğu kimi hakimlikdə də səhvlər olur. Heç kim bundan sığortalanmayıb. Səhvlər dünən də var idi, bu gün də var, sabah da olacaq. Amma söhbət ondan gedir ki, belə səhvlər getdikcə minimuma endirilməlidir. Bu gün Avropada ən gənc hakimlər korpusu Azərbaycandadır. Yəni, ən gənc hakimlər bizdədir. Təcrübə topladıqca, püxtəşədikcə səhvlər də azalacaq. Bu günün qabaqcıl hakimləri dünənin gəncləridir. Bundan başqa çempionatımızın da səviyyəsi 3-4 illə əvvəl müqaiyəsədə xeyli artıb. Bu mənada hakimlərimizin daha çox təcrübə toplaması üçün münbit şərait yaranıb və beynəlxal arenadakı oyunlarda çətinlik çəkməyəcəklər.
- Demək istəyirsiniz ki, perspektivli gənclərimiz var. Bəs, nəyə görə Əliyar Ağayev 3 ildir ki, ardıcıl kubokun final oyununa təyinat alır? Məgər başqa hakimlərimiz yoxdur?
- Seçimimiz var idi. Finalda Rəhim Həsənov və Orxan Məmmədova təyinat verə bilərdik. Açıq etiraf edim - onların hər ikisinin final iştirakçılar ilə müəyyən problemləri var idi. Rəhim Həsənov bir nömrəli namizəd idi. Onun “Neftçi” ilə münasibəti o qədər yaxşı olmadığından fikrimizdən daşındıq. Orxan Məmmədova gəlincə, o “Qəbələ” ilə müəyyən problemlər yaşamışdı. Belə baxanda, Əliyar ən ideal variant idi. Onun 3 il ardıcıl final idarə etməsində qəbahət bir şey görmüşrəm. Bu barədə həm “Neftçi”, həm də “Qəbələ” rəhbərliyinə bildirmişdik. Hər iki tərəf Əliyarın namizədliyinə razı idi.
- Mətbuatda “Neftçi”nin Ağayevin namizədliyinə etiraz etdiyi barədə xəbərlər getmişdi. Ümumiyyətlə, hakimin adının oyundan bir neçə gün əvvəl klubların bilməsi nə dərəcədə doğrudur?
- Yox, etirazdan söhbət gedə bilməz. O ki, qaldı sualınızın ikinci hissəsinə, maraqlandılar, biz də dedik ki, Əliyar olacaq.
- Bəs, digərləri? Vüsal Əliyvein artıq çəkisinin olduğunu bilirəm. Nə əcəb təcrübəli Fariz Yusifovun namizədliyi nəzərdən keçirmədiniz?
- Son oyunda Fariz “Neftçi”nin iki futbolçusunu meydandan qovmuşdu deyə, düşündük ki, onun adının finala salınmasını məqsədəuyğun deyildi.
- Rəhimlə Orxana qayıdaq. Onların klublarla nə kimi problemi var idi?
- “İnter” və “Qarabağ”la oyunlarda Rəhim bəzi səhvlərə yol vermişdi və buna görə də haqlı olaraq cəzalandırılmışdı. Orxan da həmçinin.
- Final oyunundan sonra Əliyar Ağayevə yaxınlaşaraq müəyyən iradlar bildirdiyniz nəzərimdən yayınmamışdı. Sirr deyilsə, nədən narazı idiniz?
- Əliyar final oyununu yaxşı idarə etdi. Etiraz idarəçiliklə bağlı deyildi. Fikir verdinizsə, əlavə olunmuş ikinci hissəyə 1 dəqiqə artırdı. Oyunun sonuna yaxın hər iki komandanın nəticə ilə razılaşdığı hiss olunurdu və 1 dəqiqə əlavə etməyə lüzum yox idi. Təsəvvür edin ki, həmin 1 dəqiqədə komandalardan hansısa qol vurardı. Məğlub olan tərəfin hakimliklə bağlı nəsə irad ortaya qoyacağına yüz faiz əmin idim. Bizə bu lazımdır? Məhz ona görə Əliyara iradımı bildirdim ki, belə məqamlarda bir qədər ehtiyatlı olmaq lazımdır. Hələ cavandı, təcrübə topladıqca belə hallara yol verməyəcək.
- Xaqani müəllim, bildiyimə görə Premyer Liqanın son turlarının birində Anar Salmanova təyinat verilməliydi?
- Bundan da xəbəriniz var? Yəqin ki, növbəti mövsümdən etibarən Anar Salmanov Premyer Liqa oyunlarına təyinat alacaq. Son günlər öz üzərində çox çalışır. İndi Anarı görsəniz, tanımazsınız. Artıq çəkisi var idi, indi o qədər arıqlayıb ki, hakim “vid”inə düşüb (gülür). Bu gün (srağagün - red.) Orxan Məmmədov, Cavanşir Yusifov və Knyaz Əmiraslanov seminardan qayıdıblar. UEFA-nın yeni bir proqramı var - gənc hakimlərin hazırlıqları ilə tanış olmaq və gələcəkdə onlara təyinatlar vermək üçün seminarlar keçirirlər. Onlardan da əvvəl Lissabonda Yaşar Abbasovla Mübariz Haşımov belə bir seminarda iştirak etmişdilər. Növbəti seminarda Anar Salmanov da iştirak edəcək. Anar hazırda 2-ci kateqoriyadadır və UEFA bu kaeqoriyadan olan hakimlərin hazırlıqlarını mütəmadi olaraq aparır. Yəqin ki, yaxınlarda səviyyəli oyunlara təyinatlar alacaq.
- Sizcə, UEFA bu yay hakimlərimizə nə qədər etimad göstərəcək?
- Ümid edirəm ki, oyunların sayı çox, səviyyəsi yüksək olacaq. Bu yaxınlarda Əliyar Ağayev 17 yaşlı futbolçuların Avropa çempionatında final mərhələsinin bir neçə oyununu idarə etdi. Oyunlardan sonra UEFA-nın nümayəndələrinin hər biri onunla təkbətək görüşdə idarəçiliyindən razılığını bildiriblər. Hətta Hakimlər Komitəsinin fransalı üzvü Əliyara bu il onu 1-ci kateqoriyada görmək istədiklərini, bunun üçün Ağayevin idarə edəcəyi oyunlara UEFA-nın ən yaxşı hakim-inspektorlarını təyin edəcəklərini və üzərində bir qədər də işləməsini söyləyib.
- Heç həmin oyunların birində Əliyar Ağayevin oyunun nəticəsinə təsir edəcək səhvdən danışmadınız.
- Yəqin ki, İsveçrə - Şotlandiya oyununda şotlandların vurduğu 3-cü qol epizodunda futbolçunun topu əllə önünə atmasını nəzərdə tutursunuz. Bu zaman sadəcə Əliyarın bəxti gətirməyib. Onun dayandığı düzgün mövqedən futbolçunun əllə oynadığı epizodu görmək mümkün deyilmiş. Bu haqda oyunun hakim-inspektoru ilə söhbəti zamanı da bildirib və hakim-inspektor da burada qəbahətin olmadığını, hakimliklə bağlı hər hansı narazılığının yoxluğunu bildirib. Hətta, kağızı Əliyara göstərərək hər hansı bir qeyd aparmadığını da deyib. Ümumiyyətlə, UEFA-da həmişə hakimə xoş münasibət göstərirlər.
- Belə başa düşdüm ki, hakimlərin tərəfini tutur.
- Həmişə.
- Xaqani Məmmədov kimi?
- Yox-yox, özünüz də şahidsiniz ki, hakimlərin səhvi olanda həmişə etiraf etmişəm.
- Yenidən kubok mövzusuna qayıdacam - əgər Əliyar həmin birinciliyin yarımfinal və final oyunlarına təyinat alsaydı, finalı kim idarə edəcəkdi?
- Bu mövzunu bitirmədik? Variantlar var idi. Yəqin ki, kimisə təyin edəcəkdik. Hakimsiz final olmaz ki? Ad çəksəm, digərləri həvəsdən düşərlər.
- Yayda hakimlərin təlim-məşq toplanışına hazırlıqlar necə gedir?
- Mövsüm yeni başa çatıb. Artıq bir müddət əvvəldən bu işlə məşğulam. Toplanış Polşada - Varşava yaxınlığında baş tutacaq. Maraq üçün deyim ki, 2012-ci il Avropa çempionatında Xorvatiya millisi həmin yerdə məskunlaşmışdı. Bizim orada olduğumuz vaxt bir neçə ölkənin çempion komandaları da təlim-məşq toplanışı keçəcəklər. Bizə həmin komandaların iştirakı ilə 15-ə yaxın oyun söz veriblər. Buna kimi isə hakimlər tibbi müayinədən keçəcək, normativlər verəcəklər. Yəqin ki, fiziki baxımdan hamısı qaydada olacaq. Toplanış zamanı hazırlıqla yanaşı, nəzəri məşğələlərdə iştirak edəcəklər. Polşaya 38 hakim aparılacaq. Onlardan 18-i laysman, 18-i isə baş hakim olacaq. Seçimə gəldikdə isə, mövsüm ərzində özünü yaxşı tərəfdən göstərənlərə üstünlük verəcəyik.
- Çempionatda cəmi 11 baş hakim gördük...
- Nə demək istədiyinizi bildim. Yaddan çıxmamış bir məqama toxunum - ötən ilə kimi mətbuatda hakimliklə bağlı tənqidi yazıların say çox idi. Amma yanvardan bu yana onların sayı xeyli azalıb. Artıq çox KİV hakimlərimizə dəstək olur. Bəlkə də bu dəstəyin nəticəsində səhvlər bir qədər azalıb. Doğrudur, səhvlər oldu. Kobud səhvlər də var idi. Amma heç kim bunların qəsdən edildiyini deyə bilməz. Buna görə həmin KİV nümayəndələrinə minnətdarlığımı bildirirəm. O ki qaldı hakimlərin sayına, UEFA-nın hakimlik konvensiyasının üzvüyük. Həmin konvensiyanın tələbələrindən belə bir hissə var - hakimlərin sayı ölkənin yüksək dəstəsində çıxış edən komandaların sayı ilə eyni olmalıdır. 2-3 hakim isə ehtiyatda qalmalıdı. Bizim birincilikdə 10 komanda iştirak edirdi. Onların oyunlarına isə 11 hakim təyinat aldı. Belə baxanda, normaldır. Bəziləri bilməməzlikdən bunu hakim çatışmazlığı kimi qələmə verə bilər. Hakim sayı ilə bağlı heç bir problemimiz yoxdur.
- Deməli, gələn mövsüm komandaların sayı artırılarsa, Premyer Liqada yeni simalar görəcəyik.
- Mümkündür. Yenə təkrar edirəm, say baxımından heç bir çətinliyimiz olmayacaq.
- Bir çox oyunlarda 6 hakimlik sistemdən istifadə olunurdu. Bu sistem özünü doğrultdumu?
- Mövsüm ərzində 104 oyunda bu sistemdən istifadə etdik. Bu sistemin müsbət və mənfi tərəfləri var, nə əla, nə də pis xarakterizə etmək olmaz. Qapı dirəyinin yanında olan hakimləri pult arxasında oturan rejissorlara bənzədirəm. Çoxları bilmirlər ki, bəzən penaltiləri həmin hakimlər verirdilər, topun qapı xəttinin keçib-keçməməsini, künc zərbələrini onlar müəyyən edirdilər. Bəzən penaltilərin müəyyən pauza ilə təyin olunduğunu görə bilərdiniz. Bu da onlara görə idi. Baş hakim penalti epizodunu görməyə bilərdi. Amma məhz həmin xətt hakimlərinin göstərişi ilə doğru qərar verirdilər. Təbii ki, səhvlər də qaçılmaz idi. Qısası, bu sistemin yaxşı və pis tərəfləri var. Bu yaxınlarda UEFA-nın təlimatçılar üçün keçirilən ənənəvi seminarında iştirak etdim. Bir günümüzü həmin məsələlərə həsr etdik. Bütün ölkələrdə bununla bağlı problemlərin olduğu üzə çıxdı. Əsas da mövqe baxımından. Təzə sistem olduğundan tədricən çatışmazlıqlar aradan qaldırılacaq.
- Hər il iyulun 1-dən yeni qaydalar qüvvəyə minir. Dəyişikliklər varmı?
- Beynəlxalq Qaydalar Şurası onlara daxil olan təklifləri dəyərləndirir və lazım olarsa, qəbul edirlər. Həmin şuranın iclası ildə bir dəfə keçirilir. Bu dəfəki iclas yanvarda baş tutub və hələ yeni qaydalarla bağlı, əgər varsa, bizə hər hansı məlumat daxil olmayıb.
Söhbətləşdi: İlqar TAĞIYEV, “Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
17:30
“Turan Tovuz” “Sumqayıt”a uduzur (YENİLƏNİR)
-
16:32
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda
-
17:43
"İmişli"nin şikayəti qismən təmin olundu
-
17:18
“Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
16:55
Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib