25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Foqtsdan dəvət gözləyirdim” (Müsahibə)

21 yaşadək futbolçulardan ibarət milli komandamızın və “Sumqayıt”ın qapıçısı Andrey Popoviç Futbolxeber.az saytına müsahibə verib.  

- İyunun 1-də AVRO-2015-in seçmə mərhələsində Norveçlə qarşılaşacaqsınız. Hazırlıqlar necə gedir?

- Hər şey qaydasındadır. Artıq bir neçə gündür təlim-məşq toplanışına yığışmışıq. Ciddi şəkildə oyuna hazırlaşırıq.

- Komandada əhval-ruhiyyə necədir?

- Vəziyyət yaxşıdır. Məşqlər də yüksək əhval-ruhiyyədə keçir.  

- Norveçi səfərdə məğlub etmişdiniz. Eyni uğuru Bakıda da təkrarlamaq mümkün olacaq?

- Buna ümid edirik. Məqsədimiz qələbə qazanmaqdır. Amma çox çətin oyun olacaq.

- Cari tsikldə millimiz öz meydanında bir qol belə vura bilməyib. Aydın məsələdir ki, belə olan halda qələbə də qazana bilməmişik. Bunun səbəbini nədə görürsən?

- Evdə cəmi 2 oyun keçirmişik. Norveçlə qarşılaşma üçüncü olacaq. Öz meydanımızda Portuqaliyaya uduzduq. Rəqib çox güclüdür. Hazırda qrupun vahid lideri olması da Portuqaliyanın gücünü göstərir. O ki qaldı Makedoniyaya, onları evdə məğlub etməliydik. Sadəcə, bəxtimiz gətirmədi. İnanıram ki, Norveçlə oyunda bu uğursuzluğa son qoyacağıq.

- Millimiz bu qrupda üçüncü yeri tuta bilər?

- Bizim məqsədimiz də elə üçüncü olmaqdı. Buna inanırıq. Əlimizdən gələni də edəcəyik ki, heç olmasa üçüncü yeri tutaq.

- Norveçlə oyun üçün qarşınızı hansı məqsəd qoyulub?

- Yalnız qələbə. Hər kəs bu oyundan 3 xal istəyir.  

- Klub karyeranla bağlı nə yenilik var?

- Hələ bir yenilik yoxdur. “Sumqayıt”la daha 1 illik müqaviləm var. Heç bir klubdan da təklif almamışam.

- Deməli, “Sumqayıt”da qalacaqsan...

- Baxacağıq.

- Əsas millinin ABŞ-la oyun üçün açıqlanan heyətində yer almadın. Bu barədə nə deyə bilərsən?

- Bilmirəm. Bu, Foqtsun qərarıdır.

- Həmişə “Sumqayıt”ın əsas heyətində yer alırsan. Amma Foqtsun dəvət göndərdiyi qapıçılardan heç də hamısı öz klublarında əsas heyətə düşmürlər...

- Sözün açığı, Foqtsdan dəvət gözləyirdim. Amma o, məni çağırmamaq qərarına gəldi. Bir daha təkrar edirəm ki, bu baş məşqçinin qərarıdır və bu barədə heç nə deyə bilmərəm.

ELMAN




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30