19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Georgiyevski:"Çalışacağam ki, gələn mövsümdə də “İnter”ə fayda verim”

Bir neçə gün əvvəl “İnter” makedoniyalı futbolçu Slavço Georgiyevski ilə müqavilə müddətini daha 1 il uzatdı. Futbolxeber.az-ın məlumatına görə, Georgiyevski daha bir il komandanın şərəfini qorumasına klubun rəsmi saytı vasitəsi ilə belə münasibət bildirib: "Sevinirəm ki, daha bir il "İnter"də çıxış edəcəyəm.  Mənə göstərilən etimada görə klub rəhbərliyinə və baş məşqçiyə təşəkkür edirəm. Çalışacağam ki, gələn mövsümdə də komandaya fayda verim. Artıq iki ildir ki, "İnter"in formasını geyinirəm və bu klubda məni hər şey qane edir. Ola bilsin ki, növbəti mövsüm mənim futbolçu karyeramda sonuncu olsun, lakin indi mən ancaq gələcək oyunlar haqqında düşünürəm. Qarşıda bizi Avropa Liqasında çıxış gözləyir və bu oyunlara ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, ayın 17-də başa çatmış mövsümdə Slavço Georgiyevski 21 çempionat oyununda meydanda olub və bu matçlarda 1 qolla fərqlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30