24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Diniyev oğlunun hərəkətinə görə üzr istədi

Millimizin keçmiş baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyevin  sosial şəbəkədə paylaşdığı şəkillər mətbuatda yayılıb.
 
Publika.az xəbər verir ki, “Futbol+” qəzeti futbolçunun evdə və maşında çəkilmiş şəkillərinin altında yazdığı şərhləri əsas götürərək Coşqun Diniyevi intizamsızlıqda və tərbiyəsizlikdə ittiham edib.
 
Coşqun Diniyev bir şəkildə əlində xeyli pul tutub. O, yazdığı şərhdə pulu hara xərcləyəcəyini də qeyd edib: “Qəlyana gedirəm”
 
Bir şəkildə isə Coşqun Diniyev YPX-dən gələn xəbərdarlıq məktubunu paylaşıb. Bu məktubdan görünür ki, Coşqun maşını sürətlə idarə etdiyi üçün cərimə olunub.
 
Oğlunun “instagram”da paylaşdıqlarına münasibət bildirməsi üçün Şahin Diniyevin özü ilə əlaqə saxladıq. Publika.az-a danışan Ş.Diniyev məsələdən xəbərsiz olduğunu dedi:“Siz dediniz, mən özüm xəcalət çəkdim. Paylaşdıqlarından xəbərim yox idi. Amma gəncdir, səhv edib. İndi özü burada deyil. Özüm onunla söhbət edəcəm. Əslində, onun qəlyan çəkmədiyinə əminəm. Yəqin ki, dostları ilə zarafat etmək istəyib. Kiminsə xətrinə dəyibsə, oğlumun əvəzindən mən üzr istəyirəm. Çalışarıq bu, bir daha təkrarlanmasın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30