19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Böyükağa Hacıyev Azərbaycan futbolunda tarix yaza bilməz”

“Böyükağa Hacıyev Azərbaycan futbolunda tarix yaza bilməz. Futbolun tarixi var, 3 il öncə 100 illiyi biz qeyd etdik”. Futbolxeber.az-ın məlumatına görə, bunu millimizin sabiq məşqçisi Nazim Süleymanov deyib.

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev ölkə kubokunun final görüşündən öncə təşkil olunan mətbuat konfransında Şahin Diniyevlə Nazim Süleymanovun “bostanına daş atıb”. Hacıyev “Neftçi”də həm xələfi, həm də sələfi olduğu Süleymanovun onun uğurlarına qibtə ilə yanaşdığını bildirib.

Süleymanov Hacıyevin “Neftçi”nin prezidenti Sadıq Sadıqova “dədə” deməsinə və vaxtı ilə çalışdırdığı Sumqayıt “Standard”ının elitanı tərk etməsinə toxunub: “Mən onun dediklərini ciddi qəbul etmirəm. Onun nəzərinə çatdırım ki, mən ali məşqçilik məktəbini Moskvada bitirmişəm. Elə orda da məşqçiliyə uşaq futbolundan başlayıb, əsas komandalara kimi işləmişəm. Azərbaycanda da işimi davam etdirmişəm. Mən Azərbaycanda da PRO-nu özüm oxuyub aldım. “Neftçi”də işləyənə qədər “dədə” sözünü eşitməmişdim. Bizə heç kim bu sözləri öyrətməyib. Bizdə bir “Standard” adında klub vardı. Hanı indi? Dağılıb. Yəqin nə demək istədiyimi başa düşdünüz”.

Baş məşqçiliyə 2002-ci ildə Soçi “Jemçujina”sında başladığını bildirən Süleymanovun sözlərinə görə, onun komandasının Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması tarixdə qalmayacaq: “Heç kimə qibtə etmək fikrində deyiləm. Bu, qadınlara aiddir. Sadəcə, adam danışanda gərək sözlərinə fikir versin. Avroliqaya düşdülər, həzz alıb baxdıq. Ancaq biri var, tarix yazıb tarixdə qalasan, bir də var ki, tarix yazsan da, silinir, yaddaşlarda qalmır”.   


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30