25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Syomin “Qəbələ”ni “Spartak”a dəyişir?

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin iyunun 12-də Braziliyada keçiriləcək dünya çempionatında Rusiya millisinin oyunlarına canlı olaraq tamaşa edəcək. Futbolxeber.az-ın məlumatına görə, bu haqda təcrübəli mütəxəssis “Rossiyskaya qazeta”ya verdiyi müsahibədə deyib: “Bu ölkəni bir neçə dəfə ziyarət etmişəm. Bu dəfə də ora üz tutacağam. Artıq dostlarımla bərabər oteldə yer ayırmışıq, biletlərimiz də hazırdı. Rusiya millisini qrup mərhələsindəki oyunlarda dəstəkləyəcəyik. Sonrası isə orda müəyyənləşəcək”.

Qeyd edək ki, Rusiya millisi DÇ-2014-ün qrup mərhələsi çərçivəsində iyunun 17-si, 22-si və 26-da meydana çıxacaq. Həmin vaxt isə “Qəbələ” Avroliqaya hazırlaşmalıdır. Ölkə kubokunda qələbə qazanacağı halda, Qəbələ təmsilçisi Avroliqada mübarizəyə ikinci mərhələdən (17-24 iyul), finalda uduzacağı halda isə ilk təsnifat mərhələsindən (3-10 iyul) start verəcək.

Syomin həmin vaxtda Braziliyada olacaqsa, “Qəbələ”ni Avroliqaya kim hazırlaşdıracaq? Məhz bu məqama görə, Rusiya KİV-i Syominin “Qəbələ”ni “Spartak”a dəyişəcəyi haqda yayılan xəbərlərin əsassız olmadığını yazır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30