16 Fevral 2026, Bazar ertəsi
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Syomin: “Azərbaycan çempionatında ilk “üçlüy”ə daxil olmaq təkcə şərəfli yox, həm də çox çətindir”

“Qazandığımız bürünc medalı təkcə komandanın yox, həm də özümün şəxsi uğuru hesab edirəm. Azərbaycan çempionatında ilk “üçlüy”ə daxil olmaq təkcə şərəfli yox, həm də çox çətindir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

“Sport-Ekspress”ə danışan təcrübəli mütəxəssis qazanılan uğurda klub rəhbərliyinin də rolunu qabardıb: “Son zamanlar güclü klublar səviyyəli legionerlərlə gücləniblər. Bu səbəbdən də medallar uğrunda amansız mübarizə gedirdi. Bizim ilk “üçlüy”ə faktiki olaraq yeni komandayla daxil olmağımız məni daha çox sevindirir. Bu uğrunda klub rəhbərliyinin böyük rolu var. Onlar çalışmaq, oyunlara hazırlaşmaq üçün ideal şərait yaradıblar. Mövsüm ərzində həm yaxşı, həm də pis günlərimiz oldu. Lakin komanda daxilindəki yüksək əhval-ruhiyyə yenidən inamlı çıxış edərək, mövsümü uğurla uekunlaşdırmağa, Avroliqaya vəsiqə qazanmağa imkan verdi. “Qəbələ” düzgün yoldadır. Bizi qarşıda mövsümün əsas oyunu gözləyir. Ölkə kubokunun finalında mayın 22-də “Neftçi” ilə qarşılaşacağıq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28