15 Iyul 2025, Çərşənbə axşamı
“Araz-Naxçıvan” məğlub oldu
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ"dan növbəti transfer
“Sumqayıt” Yankoviçi transfer etdi

Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “Hələ görəcəyimiz işlər çoxdu”

"Bütün komandamızı təbrik edirəm. Futbolçularımız mövsüm ərzində verdiyimiz tapşırıqları yerinə yetirdilər. Nəzərə almaq lazımdır ki, heyətimiz iki cəbhədə mübarizə apardı. Həm əvəzedicilər çempionatında, həm də U-19 Liqasında uğurla çıxış etdilər. U-19 Liqasında çempion olmaq şansımız yüksəkdir".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon söyləyib. Cari mövsümdə əvəzedicilərlə ilk titulunu - gümüş medalları qazanan ispaniyalı mütəxəssis xüsusilə son oyunlarda yetirmələrindən razı qaldığını vurğulayıb. O, növbəti mövsüm üçün hədəflərindən bəhs etməyi də unutmayıb:

"Çempionatda əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Düşünürəm ki, nəticəni və göstərdiyimiz oyunu qənaətbəxş hesab etmək olar. Xüsusilə son oyunlarda komanda yaxşı təsir bağışladı. Amma hələ görəcəyimiz işlər çoxdu. Mövsümün startında ötən mövsümdən daha yaxşı kollektiv formalaşdırmağı və daha yaxşı nəticə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Bu hədəfimizə nail olduq. "Qəbələ" əvəzedicilər çempionatında çıxış edən ən gənc kollektiv idi. Növbəti mövsüm üçün hədəflərimiz Elvin Camalov, Sadiq Quliyev, Murad Musayev, Müşfiq Teymurov kimi perspektivli futbolçuların ustalıq səviyyəsinin artırılmasını təmin etmək və onların əsas komandanın heyətində möhkəmlənməsinə yardımçı olmaqdır".


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31