5 Yanvar 2026, Bazar ertəsi
“Qarabağ” hazırlıqlara start verdi
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq

Ölkə futbolu

“Qarabağ” 2 legionerlə yeni müqavilə imzaladı

2013-2014 mövsümün çempionu “Qarabağ” transfer çalışmalarına start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk öncə heyətdəki futbolçularla danışıqlara başlayan komanda Qara Qarayevin ardınca daha 2 futbolçuyla müqavilə imzalayıb. Uzun illər “Qarabağ”ın müdafiəsinin dayaqları olan Admir Teli və Ansi Aqolliylə artıq yeni müqavilələr imzalanıb. Hər 2 futbolçu 1 illik sazişə imza atıb.

Xatırladaq ki, Admir 2009-cu ilin yanvarından, Ansi isə 2012-ci ilin yayından “Qarabağ”ın uğurları üçün tər tökür.

Admir ardıcıl 88 oyunda meydana çıxmaqla Azərbaycan rekorduna malikdir. Ansi isə Albaniya millisinin əsas heyət oyunçusudur.

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31