7 Aprel 2026, Çərşənbə axşamı
"Qarabağ" 7 qolla qalib gəldi
Hamı yaxşı, bircə Əliyar pisdir?
"Neftçi" "Sumqayıt”ı məğlub etdi
Azər Bağırov: "Uduzacağımızı gözləyirdim"

Ölkə futbolu

“Araz Naxçıvan”ın növbəti mövsümdə Premyer Liqada mübarizə aparacağı rəsmiləşdi

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 2014-2015-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziyalaşdırma Komissiyası “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydaları"nın 8-ci maddəsinə (Buraxılış 2013) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Araz-Naxçıvan” PFK, "Bakı" FK, “Rəvan” FK, “Simurq” PİK, “Sumqayıt” FK.

2. Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Ağsu" FK, “Kəpəz” PFK, "Qaradağ Lökbatan" FK, “Neftçala” FK, “Şuşa” FK, “Turan-T” İK.

3. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 14-cü maddəsinə müvafiq olaraq, 2014-2015-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30