17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Canluka Zambrotta Bakıya gəlir

Mayın 19-da Bakıda Beynəlxalq Futbol Könüllülüyü Forumu keçiriləcək. Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, məşhur italiyalı futbolçu, “Yuventus”,  “Milan”, “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Hollandiya və Belçikada keçirilmiş Avropa çempionatında gümüş medal qazanmış, 2006-cı ildə isə Almaniyada təşkil olunmuş dünya çempionatının qalibi olmuş Canluka Zambrotta forumda forumun səfiri kimi iştirak edəcək.

Qeyd edək ki, Forumda 8  ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdir. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.

Forum barədə yenilikləri www.ifvf2014.com saytından izləmək mümkündür.

Abşeron Marriott otelin Şərq zalında keçiriləcək forum mayın 19-da, saat 10:00-da başlayacaq.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30