19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"İnter"in direktoru futbolçularla görüşdü

 

Tofiq Mustafayevin rəhbərlik etdiyi “İnter”in ehtiyat heyəti çempionatın 27-ci turu çərçivəsində keçiriləcək “Simurq”la oyuna hazırlaşır. Futbolxeber.az-ın məlumatına görə, ötən tur əvəzedici komanda “Qarabağ” üzərində 5:0 hesablı qələbə ilə fərqlənmişdi. “İnter” komandasının direktoru Natiq Məmmədov ikinci komandanın rəhbərliyi və futbolçularıyla görüşdü. N.Məmmədov kollektivi parlaq qələbə münasibətilə təbrik etdi, qarşıdakı oyunlarda uğurlar arzuladı və ehtiyat komandanın klub üçün əhəmiyyətindən danışdı.
 
Əvəzedici komandanın baş məşqçisi Tofiq Mustafayev xoş sözlərə görə komandanın direktoruna minnətdarlığını bildirdi və əlavə etdi ki, rəhbərlik etdiyi komanda ona olan ümidləri doğrultmaq niyyətindədir.
 
Qeyd edək ki, əvəzedici heyətlər arasında keçirilən Azərbaycan Çempionatında 27-ci turun oyunu sabah “Şəfa” stadionunda baş tutacaq. Oyun saat 16.00-da keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30